Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında fayl və qovluq icazələri qavramlarını öyrənməyi əhatə edəcəyikdir.
Fayl və qovluq icazələri
Fayl və qovluğa daxil olmaq üçün eyni prinsipdə icazələr tətbiq olunur.İcazələri daha rahat başa düşmək aşağıda icazələrin növü və qiyməti göstərilmişdir:
- Oxuma icazəsi (r): 4
- Yazma icazəsi (w): 2
- Icra etmə icazəsi (x): 1
Hər hansı faylın və qovluğun icazələri bir şablon üzrə həyata keçirilir:
(İstifadəçi:r/w/x) (Qrup:r/w/x) (Hamı üçün: r/w/x)
İndi isə praktiki bir məsələyə baxaq. Təsəvvür edin siz sadə bir skript yazmısınız, hansı ki ekrana “test” yazısını yazır. Siz bu faylın icazələrinə baxmaq istəyirsiniz.
echo "echo test" > test.sh
ls -la test.sh

Yuxarıda yerinə yetirdiyimiz kommandalardan bu nəticələri ala bilərik:
- root istifadəçi üçün həm yazma həm də oxuma icazəsinin olduğunu görürük
- root qrupunun istifadəçiləri bu faylı yalnız oxuya bilər.
- Digər bütün istifadəçilər də faylı yalnız oxuya bilər.
İndi isə siz bu faylı özünüz yaratmağınızı,sahibi olduğunuzu və sistemdə root olduğunuzu bilərək, icra etmək istəyirsiniz.Siz necə düşünürsünüz siz bunu edə biləcəksiniz (icazələri buna uyğun icazənin olduğunu yoxlayın)
┌──(root㉿kali)-[~]
└─# ./test.sh
zsh: permission denied: ./test.sh
Əslində isə root istifadəçisinin icra etmək icazəsi belə yox imiş.İndi isə icazələri dəyişək.
Bunun üçün yuxarıda qeyd etdiyim fayl icazələri qiymətlərindən istifadə edəcəyik.
İstifadəçi: 4+2+1=7; Qrup: 4+2+1=7; Hamı üçün: 4
Sonra isə chmod kommandasından istifadə etməklə icazəni fayla verə bilərik.
chmod (icazə qiyməti) (faylın adı)
İndi isə praktiki məsələdəki skiptimizi icra edək
┌──(root㉿kali)-[~]
└─# chmod 774 test.sh
┌──(root㉿kali)-[~]
└─# ls -la test.sh
-rwxrwxr-- 1 root root 11 Feb 3 10:04 test.sh
┌──(root㉿kali)-[~]
└─# ./test.sh
test
Belə qiymət hesablanmasında fikirləşməmək üçün bir yenə üsul vardır.Sadəcə olaraq chmod sonrasında qiymət yerinə “+x” parametrindən istifadə edə bilərik.(Bu bütün kateqoriyalar icra icazəsini verir.)
┌──(root㉿kali)-[~]
└─# chmod +x test.sh
┌──(root㉿kali)-[~]
└─# ls -la test.sh
-r-xr-xr-x 1 root root 11 Feb 3 10:04 test.sh
┌──(root㉿kali)-[~]
└─# ./test.sh
test
Oxuduğunuz üçün təşəkkürlər ümid edirəm faydalı olmuşdur.
Telegram: https://t.me/xakeraz_official