Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Veb tətbiqlərin test edilməsi üzrə əlimizdə olan vasitələri daha da dərinləşdirmək məqsədi ilə proqram təminatını tanıyacayıq. Bu paylaşım seriyasında Burp Suite alətinin möhtəşəm xüsusiyyətlərini öyrənəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Veb tətbiqlərin Enumeration və Exploit Edilməsi
Burp Suite – Kali Linux cihazının alət arsenalında yerləşən ən yaxşı alətlərdən biridir.Burp Suite hədəf veb tətbiqin bir çox zəifliklərini tapmağa kömək edir, pentester olmaq istəyənlər və bug bounty istiqamətində bu alətin yeri əvəz olunmazdır.Növbəti başlıqlarda Burp Suite Pro haqqında danışacayıq.
Burp Suite Pro
Alətin işləmə prinsipi haqqında qısaca yazmaq lazımdırsa, alət proxy vasitəsi ilə saytın sorğularını ələ keçirir və müxtəlif dəyişikliklər etmək göndərir.O veb tətbiqin zəifliklərini skan edə və digər istiqamətlərdə istifadə oluna bilər.Burp Suite alətinin bir çox tabları və bir çox funksiyaları vardır, buna görə bizə əlçatan olanları nəzərdən keçirəcəyik.
Burp Suite tətbiqini hazırlayan Portswigger şirkəti tətbiqlərini 3 variantda cəmiyyətə təqdim edir.
- Community Edition, Kali cihazında quraşdırılan Burp Suite
- Professional, bütün veb tətbiq enumeration və exploit funksiyalarını dəstəkləyir.
- Enterprise Edition, avtomatlaşdırılmış skaner konteyner üsulu (Cİ/CD)
Burp Suite Pro ilə veb tətbiqin test edilməsi
Burp Suite Pro alətinin funskiyalarını praktiki məsələ ilə öyrətməkdən başqa daha yaxşı üsulu yoxdur.Biz bu paylaşım seriyasında aşağıdakıları öyrənəcəyik:
- Burp Suite Pro işə salınması
- Proxy`nin nə olduğu
- Target tabından istifadə
- Repeater tabından istifadə
- İntruder tabının tətbiq edilməsi
- Extender tətbiqlərindən istifadə etmək
Burp Suite Quraşdırılması
Biz bu məsələdə hədəf veb tətbiq olaraq Mutillidae-dən istifadə edəcəyik və burp köməyi ilə onu skan edəcəyik. Aləti işə salmaq üçün portswigger.net saytından Pro versiyası üçün olan JAR faylını endirmək lazımdır.Aləti işə salmaq üçün aşağıdakı kommmandadan istifadə edin.
java -jar (burp.jar paket faylın adı)
Burp işə düşdükdə siz iki pəncərə görəcəksiniz, hansıki bizə aşağıdakı seçimləri etmə imkanını verir.
- İşə salmazdan əvvəl burp proyektini yadda saxlamaq
- müvəqqəti proyekti yadda saxlamadan işə salmaq
- mövcud proyekti açmaq
- Burp Suite üçün istifadəçinin konfiqurasiya faylını daxil etmək
Brovserə keçməzdən əvvəl Proxy tabından İntercept İs On seçimini edinki hədəf saytın sorğularını ələ keçirməyək.Diqqət yetirinki Burp buna baxmayaq arxa fonda saytın bütün sorğularını izləyəcəkdir.
İstifadə edəcəyimiz brovserdə aşağıdakı dəyişiklikləri yerinə yetirməliyik:
- Brovser parametrlərindən proxy parametrləini dəyişib portu 8080 təyin etmək lazımdır.
- Brovserdə HTTPS Burp Suite sertifikatı olduğuna əmin olun.Burp Suite alətini HTTPS sorğularını ələ keçirmək üçün sertifikata inanmalıdır.Bunu etmək üçün brovserin URL hissəsinə http://burp daxil olun və “CA Certificate” düyməsi ilə sertifikatı yükləyin.

Sertifikat yükləndikdən sonra Brovserdə Preferences > Privacy & Security > Certificates > View Certificates > Import hissəsinə daxil olun.
İmport seçimini etdikdən sonra həmin yüklənən sertifikat faylını yükləmək lazımdır.İmport etdikdən sonra aşağıda qeyd edilən yerlərin seçili olduğunu diqqətlə yoxlayın və sonda OK düyməsinə klikləyin.

Burp Proxy
Burp Suite alətini işə saldıqda aşağıdakı tədbirləri görməyiniz və ya sadəcə olaraq diqqətinizə almağınız məsləhətdir.
- Sorğuların ələ keçirilməsi default (susmaya görə) aktivdir, bütün sorğuları ələ keçirmək istəmirsinizsə bunu deaktiv edə bilərsiniz.Nəzərə alınki Burp bütün trafiki arxa fonda izləyəcəkdir və siz buna Proxy tabının HTTP History hissəsindən baxa bilərsiniz.
- Proxy > Settings bölməsində əsasən aşağıdakı 3 parametr dəyişilir:
- Proxy portunun dəyişilməsi (susmaya görə 8080)
- Veb sorğuların ələ keçirilməsi (susmaya görə aktivdir)
- Serverdən gələn veb sorğularını ələ keçirilməsi (susmaya görə deaktivdir)

Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat