Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Məlumatların Toplanması başlığı altında Kali Linux əməliyyat sistemində var olan Maltego alətinin istifadəsini yerinə yetirəcəyik.
Maltego
Passiv məlumat toplamaq üçün maltego əla alətlərdəndir.Bu alət sizin bütün işlərinizi görə bilər və bu alət haqqında bir kitab yazmaq mümkündür.Onun bütün funksiyalarından istifadə etmək istəyirsinizsə illik lisenziyasını almaq məcburiyyətindsiniz.Əgər siz profiosinallsınısa onda bu alət sizin işiniz üçün əvəz olunmazdır, istəməsəz belə bu alət müəyyən qədər məlumat verir.
Transform Hub
Transform Hub-da passiv məlumat axtarışşı yerinə yerinə yetirmək üçün tələb olunan alətlər göstərilmişdir.(Kaspersky,Shodan, Virus Total). Bir çox alətləri default olaraq yüklənməmişdir onları yükləmək üçün endirmək lazımdır.Onların aşağıdakı növləri vardır.
- Ayrıca ödənilənlər- bu saytlar və ya xidmətlər maltego lisenziyası tərkibində deyil və onları ayrıca ödəmək lazımdır.
- Pulsuz – bu alətlər ümumiyyətlə pulsuzdur.
- APİ ilə autentifikasiya – bəzi alətlər əməliyyatları yerinə yetirmək üçün APİ ilə autentifikasiya tələb edir.
Qrafın yaradılması
Qrafalar – maltego alətinin əsas elementidir.Bu hissədə passiv məlumat toplanmasını yerinə yetirmək mümkündür.Bunun üçün hansı növ informasiya daxil edəcəyiniz üzərinə qeyd edin və sağ kliklədikdən sonra Transform All deyərək bütün mümkün skanları yerinə yetirə bilərsiniz.

Bəzi kiber təhlükəsizlik ekspertləri maltego ilə skan etməklə yanaşı pulsuz olan recon-ng dəndə istifadə hədəf haqqında məlumat əldə edirlər.Bir çox pulsuz alətlərdən istifadə etmək məsləhət görülmür. Səbəbi ilə ya sizin skanınızı yubadırlar yada ki, alınan informasiyaları qeydə alırlar.Əgər OSİNT-dən profesional nəticələr almaq istəyrisinizsə deməli illik lisenziyası üçün abunəliyi ödəmək sizə maneə olmamalıdır.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər! Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat