Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Web pentest və web boşluqların tapılması başlığı altında OWASP TOP 10 zəifliklərinin və kateqoriyaları haqqında qısa məlumat əldə edəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
OWASP Top 10 2017
İndiyə kimi olan paylaşımlarda çox yayılmış və populyar olan veb açıqlar haqqında məlumat əldə etdik. Open Web Application Security Project (OWASP) – şirkətlərə və şəxslərə kibertəhlükəsizlik həllərini yerinə yetirilməsində kömək edən, qeyri kommersiya organizasiyasıdır.Təşkilatın saytına daxil ola bilərsiniz: owasp.org
OWASP veb açıqlarını sinifləndirmiş və bunu 10 kateqoriyaya bölmüş və OWASP Top 10 olaraq adlandırmışdır. Təşkilat hər zaman bu 10 kateqoriya üzrə veb açıqlarını yeniləyir və kateqoriyaların həmişə yeni qalması üçün cəmiyyət ilə sıx əlaqədə olur.
OWASP Top 10 kateqoriyaları:
- İnjection. Bu kateqoriyaya bütün növ injection açıqları daxildir.
- SQLİ
- OS Command İnjection
- LDAP İnjection
- HTML İnjection
- və s.
- Broken Authentication. Zəif autentifikasiya səbəbindən istifadəçilərin fərqli istifadəçi hesablarına daxil ola bilməsidir.Ziyankar şəxs istifadə edə bilər:
- Autentifikasiyanı yan keçə bilər.
- Privelege Escalation edə bilər.
- Sensitive Data Exposure. Saytın qorunması və görünməməli olan resurslarını, verilənlərini görməyə imkan verir.
- XML External Entities (XXE). Bu zəiflik hədəf saytın XML dilindən istifadəsi və zəif konfiqurasiya edilməsi nəticəsində istifadə olunur.
- Broken Access Control. Veb tətbiqin və ya saytın autorizasiya prosesinə müdaxilə edilməsi ilə yerinə yetirilən zəiflikdir.
- Security Misconfiguration. Saytın zəif konfiqurasiya edilməsidir, məsələn saytın admin istifadəçisi üçün username və şifrəsinin default olaraq (susmaya görə) qalması ziyankar şəxslərin hədəf sayt üzərində kontrolu əldə edə bilərlər.
- Cross-Site Scripting (XSS). XSS hücumunun əsas 3 növü vardır:
- Reflected XSS,
- Stored XSS,
- DOM based XSS
- Insecure Deserialization. Bu zəiflik saytın Deserialization və ya Serialization əməliyyatlarının zəif yerinə yetirməsi ilə baş verir.
- Using Components with Known Vulnerabilities.Zəiflik hədəf sayt üzərində istifadə oluna biləcək jQuery və daxili kitabxanalarda (PHP) zəifliyi olan komponentlərdən istifadə olunmasıdır.
- Insufficient Logging & Monitoring.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat