Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında faylların sıxılması arxivləmə necə yerinə yetirilməsinin kommandalarını əhatə edəcəyik.
Faylların sıxılması
Biz bu bölmədə faylların sıxılmasını öyrənəcəyik.Bunun bir neçə üsulu (alqoritmi) vardır və biz .tar, .gz, .bz, və .zip uzantılı arxivlərin yaradılmasına və çıxarılmasına baxacayıq.
Tar arxivi
Faylları tar uzantısı adı altında sıxmaq:
tar cf sıxılmış.tar fayllar
“tar” uzantılı sıxılmış faylı çıxarılması:
tar xf sıxılmış.tar
Gz arxivi
Faylları tar.gz uzantısı adı altında sıxmaq:
tar cfz sıxılmış.tar.gz fayllar
“tar.gz” uzantılı sıxılmış faylı çıxarılması:
tar xfz sıxılmış.tar.gz
“sıxılmış.txt.gz” faylının yaradılması isə belədir:
gzip fayl.txt > sıxılmış.txt.gz
“sıxılmış.txt.gz”faylının çıxaırlması
gzip -d sıxılmış.txt.gz
Bir ədəd praktiki məsələ həll edək. Kali ƏS əvvəlcədən sıxılmış gələn rockyou.txt.gz faylını çıxaraq:
gzip -d /usr/share/wordlists/rockyou.txt.gz
Bz2 arxivi
Faylları tar.bz2 uzantısı adı altında sıxmaq:
tar cfj sıxılmış.tar.bz2 fayllar
“tar.bz2” uzantılı sıxılmış faylı çıxarılması:
tar xfj sıxılmış.tar.bz2
ZIP-arxiv
Faylları .zip uzantısı adı altında sıxmaq:
zip sıxılmış.zip fayllar
“.zip” uzantılı sıxılmış faylı çıxarılması:
unzip sıxılmış.zip
Ümid edirəm ki paylaşım sizin üçün əhəmiyyətli olacqdır və hər hansı cüzi bir unutma zamanı bir mənbə kimi istifadə olunacaqdır.
Oxuduğunuz üçün təşəkkürlər!
Telegram: https://t.me/xakeraz_official