Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında faylların idarə olunması kommandalarını əhatə edəcəyik.
Faylların idarə olunması
Sadə olaraq Kali ƏS-də fayl yaratmaq üçün “touch” kommandasından istifadə oluna bilər:
touch (faylın adı)
Faylın daxilinə tez bir zamanda mətn daxil etmək üçün isə “echo” kommandasından istifadə olunur.Gələcək paylaşımlarda siz bu mətn fayllarınlarının mətn redaktorlarında necə redaktə edildiyini öyrənəcəksiniz.
echo "daxil etdiyiniz mətn" > (faylın adı)
Linux əməliyyat sistemində faylın tipini müəyyən etmək üçün “file” kommandasından istifadə olunur.
file (faylın adı)
İndi isə hamısını bir yerə yığaq və nəticəsinə baxaq:

Faylı kopyalamaq üçün isə “cp” kommandasından istifadə olunur:
cp (faylın ünvanı) (faylı kopyalamaq istədiyiniz ünvan)
Faylın yerinə dəyişmək isə Windows əməliyyat sistemində olduğu kimi “mv” kommandası ilə yerinə yetirilir.
mv ( faylın ünvanı) (yerinə dəyişdirmək istədiyiniz ünvan)
Faylı silmək üçün isə “rm” kommandasından istifadə olunur:
rm (silmək istəyiniz faylın ünvanı)
Faylın adının dəyişdirilməsi isə “mv” kommandası ilə baş tutur, lakin burda dəyişdiriləcək ünvan göstərilmir.
mv (cari fayl ünvanı) (faylın yeni adı)

Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official