Salam bu gün python proqramlaşdırma haqqında azərbaycan dilində keyfiyyətli kontenti sizinlə paylaşmaq istəyirəm. Paylaşılan video Vüsal Hüseynova aiddir və müəllifllik hüquqları qorunaraq paylaşılıb.
Əvvəla Python haqqında qısa məlumat əldə etdikdən sonra youtube videosunu aşağı yerləşdirəcəm.
Python dili – interpretasiya olunan, yüksək səviyyəli və ümumi-məqsədli
proqramlaşdırma dili. 1991-ci ildə Guido van Rossum tərəfindən yaradılmışdır. Python
dilinin dizayn fəlsəfəsi boşluqlardan istifadə edərək kod oxunaqlılığını vurğulayır. Bu
dilin məqsədi onun dil quruluşu və obyekt-yönümlülüyü ilə proqramçılara xırda və iri
həcimli layihələrdə aydın, məntiqli kod yazmağa kömək etməkdir.
Python dinamik yazıla bilən və avtomatik yaddaş idarəetmə xüsusiyyətinə malikdir.
Müxtəlif proqramlaşdırma paradiqmalarını dəstəkləyir, buna daxildir strukturlu
(qismən, prosedurlu), obyekt-yönümlü və funksional proqramlaşdırma paradiqmaları.
Onun geniş standart kitabxanası olduğuna görə Pythona “bataryaları daxildir” də
deyilir.
Python 1980-ci illərin sonlarında ABC dilinin davamçısı olaraq yaradıldı. Python 2.0
2000-ci ildə təqdim edildi, o özü ilə birlikdə siyahı anlama və zibil toplayıcı sistemlə
birgə referans sayıcı xüsusiyyətlərini gətirdi.
İndi isə keçək videoya:
Xoş izləmələr!
Bizi izləyin:
TelegramTelegram: https://t.me/xakeraz_official
İnstagram: https://www.instagram.com/xaker.az_official/