Pythonda Siyahılar, Kortejlər və Lüğətlər
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Dəyişənlər hansılardır? Pythonda dəyişənlərin növləri hansılardır? Siyahılar hansılardır? Kortejlər nələrdir? Lüğətlərin idarə edilməsi?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Siyahılar
Dəyişənlər qismində siyahılar müxtəlif növ verilənlərin yığımıdır.(mətn ədədlər və s.) Siyahıda yerləşən hər bir element sıra nömrəsinə malikdir və sıra nömrəsi 0-dan saymağa başlanılır. Siyahılar [ ] işarələri ilə təyin edilir və aşağıda skan edilməli olan portları siyahı dəyişəninə mənimsədilmişdir.
>>> list_ports = [21,22,80,443]
>>> list_ports[0]
21
Siyahıda Elementin Oxunması
Siyahıda mövcud olan elementin oxunması üçün biz onun sıra nömrəsindən istifadə etməliyik. məsələn aşağıda göstərilmişdir.
>>> list_ports[1]
22
Siyahı daxilində bir neçə elementin oxuması üçün, yəni intervalla oxumaq üçün [ilk indeks : son indeks] şablonuna uyğun olaraq yerinə yetirilməlidir.Aşağıda göstərildiyi kimi, ilk indeksdən tutmuş sonuncu indeksədək bütün elementləri biz oxuyacayıq.
>>> list_ports[0:2]
[21, 22]
Siyahı elementlərinin Yenilənməsi
Siyahılar daxilində yerləşən elementləri dəyişənlərin dəyərlərini dəyişə bilərik.Bunun üçün dəyişmək istədiyimiz dəyərin sıra nömrəsi lazımdır.
>>> list_ports[0] = 'FTP'
>>> list_ports
['FTP', 22, 80, 443]
Siyahı Elementlərini Silinməsi
Siyahı elementlərini silinməsi üçün biz del açar sözündən istifadə etməli və elementin sıra nömrəsini bildirməliyik.Siyahımızdan 443 dəyərini silmək üçün aşağıdakı kimi əməliyyatı yerinə yetirə bilərik.
>>> del list_ports[3]
>>> list_ports
['FTP', 22, 80]
Kortejlər
Kortejlər elə siyahılar kimi təyin edilir və ona oxşardır, yalnız bir fərqli məqam vardır ki, kortejlərin elementlərini dəyişmək mümkün deyildir və onları sadəcə oxumaq olur.Kortej dəyişənini təyin etmək üçün () işarələrindən istifadə etməliyik.
>>> tuple_ports= (21,22,80,443)
>>> tuple_ports[2]
80
>>> del tuple_ports[2]
Traceback (most recent call last):
File "<python-input-11>", line 1, in <module>
del tuple_ports[2]
~~~~~~~~~~~^^^
TypeError: 'tuple' object doesn't support item deletion
Tuple yəni kortej dəyişənindən element silmək istədiyimiz zaman xəta ilə qarşılaşdığımızı görə bilərik.
Lüğət
Lüğət tipində dəyişənlər sanki lüğət kitabındakı kimi açar:dəyər şablonuna uyğun olaraq yığılır. İş zamanı portların vizuallaşdırılması üçün ən yaxşı üsuldur.
>>> dic_ports = {'FTP':21, 'HTTP':80}
>>> dic_ports['FTP']
21
Dictionary, yəni lüğətin təyin edilməsi {} işarələri ilə yerinə yetirilir.
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat