Pythonda Dəyişənlər, Sətirlə və Funksiyaları
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Dəyişənlər hansılardır? Pythonda dəyişənlərin növləri hansılardır? Sətirlər və onların funksiyaları nələrdir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Sətirlər
Python proqramlaşdırma dilində mövcud olan dəyişən növlərindən biri də Sətirlərdir. Sətir dəyişənlərində mənt tipli informasiyalar saxlanılır. Mətn tipli informasiyaları sətir dəyişənlərinə 3 üsulla mənimsətmək mümkündür. Bunlar aşağıdakılardır:
№1 — tək dırnaqlar ilə təyin etmək
str1 = '10.0.0.1'
№2 — qoşa dırnaqlar ilə təyin edilməsi
str2 = "10.0.0.1"
№3 — 3-lü dırnaqlar ilə təyin edilməsi (bir neçə sətir üçün)
str3 = """ Bir
ve daha cox sətir üçün
istifadə olunur!
"""
Sətirlərin Formatlaşdırılması
Sətirlərin düzgün bir şəkildə formatlaşdırmaq üçün % operatorundan istifadə edilir. Məsələn hər hansı sətir tipli informasiyaya ədəd tipli informasiya daxil edilməsi lazımdırsa o zmaan biz bunu % operatoru ilə aşağıdakı qaydada yerinə yetiririk.
port_number= 80
print ("Daxil edilen port nomresi --> %d " % port_number)
Burada istifadə olunan %d işarəsi ədədin onluq ədəd olduğunu bildirir. %d işarəsindən əlavə bir çox informasiyaları təyin edən işarələr mövcuddur. İşarələrə aşağıdakı cədvəldən baxa bilərik.
| Format Kodu | Təsviri | Məsələn | Nəticə |
|---|---|---|---|
%s | str – Sətir (string) | "Ad: %s" % "Rose" | Ad: Rose |
%d | Tam ədəd (decimal – integer) | "Yaş: %d" % 25 | Yaş: 25 |
%f | Float ədəd (default: 6 rəqəm) | "Qiymət: %f" % 9.5 | Qiymət: 9.500000 |
%.2f | 2 rəqəm onluq float | "Qiymət: %.2f" % 9.5 | Qiymət: 9.50 |
%x | Hexadecimal (kiçik hərflə) | "%x" % 255 | ff |
%X | Hexadecimal (böyük hərflə) | "%X" % 255 | FF |
%o | Oktal (səkkizlik) | "%o" % 8 | 10 |
%% | % simvolunun özü | "100%% doğru" | 100% doğru |
Sətir Funksiyaları
Bəzi skriptlərin yazılmasl zamanı sətir funksiyalarının tətbiq edilməsi lazım gələ bilər, məsələn: əldə edilən sətir informasiyanın uzunluğunun tapılması. Sətir funksiyalarının bir çox növü mövcuddur və bunlar aşağıdakı cədvəldə göstərilmişdir.
| Funksiya | İstifadə | Təsviri | Nəticə (str = "10.0.0.1") |
|---|---|---|---|
len() | len(str) | Sətirin uzunluğunu qaytarır | 8 |
replace() | str.replace("0", "X") | Bütün "0" simvollarını "X" ilə əvəz edir | "1X.X.X.1" |
split() | str.split(".") | Nöqtə ilə parçalayır, siyahı (list) qaytarır | ['10', '0', '0', '1'] |
strip() | str.strip() | Əvvəl və sondakı boşluqları silir | "10.0.0.1" (dəyişmir, boşluq yox) |
find() | str.find("0") | "0" simvolunun ilk indeksini qaytarır | 1 |
count() | str.count("0") | "0" simvolunun neçə dəfə təkrarlandığını qaytarır | 3 |
Həmçinin əlavə funksiyalar göstərilmişdir:
| Funksiya | Nümunə | Açıklama |
|---|---|---|
upper() | str.upper() | Hamısını böyük hərfə çevirir |
lower() | str.lower() | Hamısını kiçik hərfə çevirir |
startswith() | str.startswith("10") | "10" ilə başlayırmı? → True |
endswith() | str.endswith("1") | "1" ilə bitir? → True |
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat