Pythonda Try-Except ilə Səhvlərin Ələ Alınması
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda try-except nə üçün istifadə olunur? Pythonda səhvlərin ələ alınması necə həyata keçirilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Pythonda Səhvlərin Ələ Alınması
Python skriptlərinin yazılması zamanı səhvlərin və istisnaların ələ alınması skriptin düzgün işləməsi, hər hansı səhv parametr daxil edilməsi zamanı skriptin çökməsinin qarşısını almaq üçün əvəzsizdir.Səhvlərin və istisnaların idarə edilməsi üçün aşağıdakı şablondan istifadə etməliyik:
try:
# yazilan kod
except (Istisna ve ya sehv) as (deyisen):
#Burada istisna hall emal edilir.
finally:
#Sonda icra olunan kommanda
Məhz bu şablondan irəlililəyirək əvvəlki paylaşımda (Exception as error) istisnası ilə fayl yazma funksiyasını yazmaq üçün istifadə etdik.Except kommandasının istisnaları təkcə bununla yetinmir və növləri çoxdur, heç bir istisna yazmadıqda isə bütün istisna halla üçün keçərli olur.
| İstisna (Exception) | Baş vermə səbəbi / İzah |
|---|---|
Exception | Ümumi bütün normal istisnaların bazası |
BaseException | Ən əsas istisna sinifi (KeyboardInterrupt və s. daxil) |
FileNotFoundError | Açılmaq istənilən fayl tapılmadıqda |
PermissionError | Fayla və ya resursa giriş icazəsi olmadıqda |
IsADirectoryError | Fayl yerinə qovluq göstərildikdə |
NotADirectoryError | Qovluq yerinə fayl göstərildikdə |
IOError (köhnə) | Ümumi input/output səhvləri |
ZeroDivisionError | 0-a bölmə əməliyyatı zamanı |
OverflowError | Çox böyük ədəd əməliyyat nəticəsində yaddaşa sığmadıqda |
FloatingPointError | Yanlış floating-point əməliyyatı zamanı |
NameError | Mövcud olmayan dəyişən çağırıldıqda |
UnboundLocalError | Lokal dəyişən istifadədən öncə dəyər almayıbsa |
AttributeError | Obyektin mövcud olmayan atributu çağırıldıqda |
TypeError | Yanlış tipdə obyekt üzərində əməliyyat |
ValueError | Düzgün tip, amma səhv dəyər verildikdə (məs: int("abc")) |
IndexError | Siyahıda mövcud olmayan index çağırıldıqda |
KeyError | Dictionary-də olmayan açar çağırıldıqda |
ImportError | Modul və ya funksiya import edilə bilmədikdə |
ModuleNotFoundError | Modul tapılmadıqda |
RuntimeError | Ümumi runtime xətası |
NotImplementedError | Hələ implement olunmamış funksiya |
AssertionError | assert şərti yalnış olduqda |
KeyboardInterrupt | İstifadəçi Ctrl+C ilə prosesi dayandırdıqda |
SystemExit | sys.exit() çağırıldıqda |
Ümidvaram faydalı olmuşdur.
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat