Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində ekrana nəticə yazdırma kommandalarını(funksiyalarını) ələ alacayıq.
Bash dilində ekrana yazı (nəticə) yazdırma
Bash dilində bunu terminal ekranında yerinə yetirmək üçün 2 yayılmış üsulldan istifadə olunur.Birinci üsul əvvəlki paylaşımlardanda görmüş olduğunuz echo kommandasıdır.
echo 'Yazdırmaq istəyiniz söz və ya ifadə'
İkinci üsul isə printf kommandasından istifadə etməkdir.Bu kommanda digərinə nisbətən daha ətraflıdır və yazdırmaq istədiyimiz ifadəni daha ətraflı formatlaşdıra bilərik.
printf 'Yazdırmaq istəyiniz söz və ya ifadə'
Bu kommanda sadələdirilmiş kommandadır, amma daha çoxuna qadirdir.Təsəvvür edinki, əgər şəbəkədə aktiv olan hostların sayını öyrənmək istəsək, aşağıdakı şablaondan istifadə edə bilərik:
printf "%s%d\n" "Aktiv hostların sayı: " 15
Aktiv hostların sayı: 15
Nə baş verdiyini başa düşmək üçün kommandanı izah edək:
- %s mətni bu hissəyə əlavə edəcəyimi bildirir.
- %d isə onluq ədədi yazıda harda olacağını bildirir.
- \n əməliyyat bitəndən sonra yeni sətrə keçmək istədiyimizi bildirir.
Bunlardan əlavə olaraq dırnaq işarələrinə fikir versəniz qoşa dırnaqdan istifadə etdik.Qoşa dırnaq işarəsindən istifadə edərək, yazıları daha ətraflı dəyişə və fortmatlaşdıra bilərik.Bunu bilərək daha sonrakı printf kommandası ilə işləyərkən qoşa dırnaqdan istifadə edəcəyik.
Yazını formatlaşdırma üçün aşağıdakı printf parametrlərindən istifadə edə bilərsiniz:
- %s – mətn
- %d – ədəd (onluq say sistemində)
- %f – onluq say (məs: 13.3)
- %x – ədəd (16-lıq say sistemində)
- \n – yeni sətir
- \r – başa qayıtma
- \t – TAB kimi boşluq bildirir.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat