Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində dəyişənlər haqqında məlumat əldə edəcəyik.
Dəyişənlər
Dəyişənlər nədir və niyə hər bir proqramlaşdırma dili onu bütün hallarda istifadə edir?
Dəyişənlərə məlumatların saxlanılması üçün yerlər kimi baxa bilərik, hansıki orda mətn, ədəd tipli informasiyalar saxlanılır.Məqsəd ondan ibarətdir tez-tez təkrarlanan ədəd, mətn tipli informasiyanı dəyişənlərin köməyi ilə proqramalşdırma dilində istifadə etməkdir.(Yəni bu tək Bash dilində belə deyil bütün proqramlaşdırma dillərində belə istifadə olunur)
Dəyişəndən istifadə etmək üçün onu təyin etmək lazımdır.Bu onun adını və tutduğu informasiyanı bildirməkdən ibarətdir.Adını təyin olunmasından hərflərdən eləcədə hərflər və ədəd tipli simvollardan istifadə edə bilərik.Təsəvvür edinki, routerin (marşrutlaşdırıcı) ip adresini dəyişən kimi yadda saxlamaq istəyirsiniz, onda var.sh faylını yaradın və daxilində aşağıdakı kodu yazın:
#!/bin/bash
#Routerin ip adresini gosteren proqram
ROUTERIP="192.168.10.1"
printf "Routerin IP adresi: $ROUTERIP\n"
İndi isə yazdığımız kodu izah edək:
- #!/bin/bash “şebang bash” adlanır.Bu Kali Linux əməliyyat sisteminə həmin faylı hansı interpratator ilə analiz edəcəyyini bildirir.İkinci sətirdəki # işarəsi isə şərh sətrini bildirirki bu sətir interpratator tərəfindən analiz edilməyəcək və maşın dilinə çevrilməyəcək
- ROUTERİP – dəyişənin adıdır və “192.168.10.1” dəyərinə mənimsədilib
- Nəhayət olara biz printf kommandası ilə nəticəni ekrana yazdırırıq.
Kodu icra etməzdən əvvəl həmin faylı icra edə biləcəyimiz hüquqlara sahib olduğumuza əmin olmalıyıq.Əgər biz eyni kataloqda(qovluqdayıqsa) onda ./var.sh yazmaqla onu icra edə bilərik.
root@kali:~# ./var.sh
bash: ./var.sh: Permission denied
root@kali:~# chmod +x var.sh
root@kali:~# ./var.sh
Routerin IP adresi: 192.168.10.1
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat