
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşım müəllifi: Valida Babayeva ( https://medium.com/@validababayeva222 )
Paylaşıma istinad: https://medium.com/@validababayeva222/lazyadmin-ctf-b3154f0f82ca
Hər kəsə Salam.Bu gün sizlərlə LazyAdmin CTF-inin həllini paylaşacam.
Bu CTF-i öz kali Linux-umda işləyəcəm.Bunun üçün VPN-dən istifadə etmək lazımdır.VPN-in aktivləşdirmək üçün Tryhackme platformasında “Access” hissəsindən bir VPN server seçib ‘download configuration file’ hissəsinə klikləyin.Daha sonra:
sudo openvpn /path-to-file/file-name.ovpn (openvpn-i çalışdırın)
Indi isə CTF-in həllinə keçid alaq:
NMAP tool-undan istifadə
Ilk öncə nmap tool-undan istifadə edəcik ki, açıq portları və o portlarda çalışan servisləri görək:

-A (aqressiv skan): Daha geniş məlumat əldə etmək üçün istifadə edirik
-T4: Daha tez nəticə almaq üçün istifadə edirik
GOBUSTER tool-undan istifadə
80 portunda Ubuntunun default səhifəsi çalışır. CTF-ə davam etmək üçün gizli kataloqları tapmağa çalışaq:

/content kataloquna baxaq:

Burada istifadə edə biləcəyimiz bir məlumat tapa bilmədik.Yenidən gobuster tool-unu çalışdıraq.Kataloq içində kataloq tapa bilərik:

/as kataloqunda login səhifəsi tapırıq:

Və /inc kataloqunda lastest.txt adlı bir fayl tapırıq hansı ki, içində CMS-in versiyası var: 1.5.1
SEARCHSPLOİT-dən istifadə
İndi isə bu məlumatlardan yola çıxaraq CMS-in verilmiş versiyasında hansı boşluqlar var onu axtaraq:

Backup Disclosure-un olduğunu görürük.Gəlin bu boşluqdan istifadə edərək login page-i bypass edək:
/content/inc kataloqunun altında mysql_backup kataloqu var ona daxil olaq:


faylı yükləyib içində login səhifəsinin etimadnamələrini tapa bilərik:

Parol md5 hash-i ilə hash-lənmişdir.Hash-i sındıraq:

Etimadnamələri yazıb daxil olduqdan sonra veb saytda kod icra etmək üçün yer tapırıq.Deməli reverse shell ala bilərik deyə düşünürük:

Upload etdikdən sonra faylı kataloqlardan tapıb çalışdırmaq lazımdır ki netcat ilə dinləyib reverse shell əldə edək:


Burada non-interactive shell aldıq.İndi bunu terminal shell-inə çevirmək üçün aşağıdakı python əmrindən istifadə edirik:
python -c ‘import pty;pty.spawn(“/bin/bash”)’

Bilirik ki, istifadəçilər /home kataloqunun altında yer alır.Kataloqa keçid edib oradakı istifadəçiyə daxil olaq:

Ilk flag-ı əldə etdik.İndi isə root istifadəçisinə yüksəlib son flag-i da əldə etməyə çalışaq.
sudo -l əmrindən istifadə edib hansı əmrləri root paroluna ehtiyyac olmadan çalışdıra bilirik ona baxaq:

Deməli burada /usr/bin/perl perl dilində yazılmış skriptləri icra edə bilir.Burada sudo /usr/bin/perl /home/itguy/backup.pl əmri ilə root hüquqları ilə /etc/copy.sh faylını işə salırıq./etc/copy.sh faylının içinə /bin/bash yaza bilsək onda bu əmri yenidən sudo ilə icra etdiyimizdə root olmalıyıq:

Və beləliklə root istifadəçisinə yüksəlib son flag-i da əldə etdik.
Ümid edirəm sizin üçün faydalı olmuşdur 🙂
Bəyəndinizsə “clap” etməyi və kanala bunə olmağı unutmayın 🙂