Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Veb tətbiqlərin test edilməsi üzrə əlimizdə olan vasitələri daha da dərinləşdirmək məqsədi ilə proqram təminatını tanıyacayıq. Bu paylaşım seriyasında Burp Suite alətinin möhtəşəm xüsusiyyətlərini öyrənəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Burp Suite Pro Extensions tabından istifadə
Bu tabdan istifadə edərək biz Burp Suite alətinə əlavə funksiyaları və alətləri əlavə edə bilərik.Bəzi extensionlar üçün Burp Suite Pro versiyası tələb edir.Məsələn uzantı olaraq bu uzantını əlavə edə bilərik. Retire.js – Javascript dilinin köhnə kitabxanalarını skan edən uzantıdır.Uzantılar təkcə bununla yetinmir həm də digər işlərin görünməsi üçün də tətbiq edilə bilər: .NET, Javascript, JSON, XSS və CSRF və s.
BApp Store istifadə etməzdən əvvəl, Jython JAR son versiyasını quraşdırmaq lazımdır.
Bəzi uzantılar üçün Jython mütləqdir, Jython – Java və Python kitabxanaları özündə cəmləyən bir fayldır.Uzantı yükləyən zaman JAR faylını import etmək üçün Extender tabından options hissəsindən istifadə edərək onun yolunu göstərin.

Burp Suite alət əlavə etmək üçün BApp Store tabından lazım olan uzantını endirə bilərik.Bu tabın daxilində uzantılar siyahısında bütün mümkün uzantılar arasından seçim edə bilərik.Yükləmək üçün həmin uzantını üzərinə seçib və İnstall buttonundan istifadə edərək endirə bilərik.
Ən böyük sual isə budur. Siyahıdan biz necə lazımlı uzantını seçə bilərik.Mən aşağıdakı kriteriyalar üzrə seçim etməyinizi sizə məsləhət görürəm.
- 4 reyting ulduzu olan və daha çox
- Populyar reytingində daha məhşur olanlar
- Pentestə lazım olacaq funksional uzantılar
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat