Nəyə Görə Python? ( VS Code quraşdırılması və Pythonda İlk Proqram)
Python nədir? Python proqramlaşdırma dili nədir? VS Code necə quraşdırılır? Python üçün VS code quraşdırılması?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Python Əsasları
Siz sual verə bilərsiniz ki, bəs nəyə görə kiber təhlükəsizlik əməliyyatlarını yerinə yetirmək üçün Python seçməliyik?
Buna cavab olaraq, Python proqramlaşdırma dili sadə və qısadır, onu bütün platformalarda icra etmək mümkündür.
Hər bir dil öz kateqoriyasına uyğun olaraq təyin edilir. Kiber təhlükəsizlik mütəxəsisi kimi testləşdirmə və pentest əməliyyatları üçün Python və Bash dilinin əsasların bilmək lazımdır.Həmçinin Buffer Overflow və prosesi alqoritmini başa düşmək üçün C və Assembler dilinin instruksiyalarını bilməliyik.
Saytda Bash dili üçün və Assembler instruksiyları əlaqədar paylaşımlar mövcuddur. Aşağı hissədə görə bilərsiniz.
Python Skriptlərinin İcra Edilməsi
Python skriptlərinin icra edilməsi üçün çox vaxtı terminal ekranını açırıq və python açar sözündən istifadə edərək, skriptin yolunu göstəririk.
└─# python (python Faylin yolu)
└─# python3 (python Faylin yolu) ---- Python 3 versiyası ilə icra etdikdə
Python skriptlərinin icra etməyin digər bir yolu isə aşağıdakı şablondan istifadə etməkdir:
└─# python ./(python faylın yolu)
Yuxarıdakı hallar python skripti ilə eyni qovluqda yerləşdiyiniz vaxtı və python skriptinə düzgün icazələri (icra etmək icazəsi execute) veridiyiniz zaman mümkündür.
└─# chmod +x (python faylın yolu)
3-cü Ən yaxşı variant isə birbaşa python faylının yolunun göstərilməsi ilə həyata keçirilir.
└─#(python faylın yolu)
3-cü haldakı kimi python kodunu icra etmək istəyirsinizsə,skriptin yerləşdiyi qovluğu PATH dəyişəninə əlavə etməlisiniz. Necə etmək lazımdırsa, əvvəlki paylaşımda qeyd etmişəm və aşağıda görə bilərsiniz.
Bir müddət sonra siz öz pentest testlərinizdə məqsədlərinizə çatmaq üçün böyük python skriptlərini yazacaq və ya istifadə edəcəksiniz. Belə hallarda python skriptlərinin düzgün çalışması üçün İDE (İntegrated Development Environment) Proqramlaşdırma mühiti lazımdır. Həmçinin proqramlaşdırma mühiti ilə python kodlarında səhvlərini aşkarlamaq mümkündür. Aşağıda biz Kali Linux əməliyyat sistemində İDE proqramlaşdırma mühiti olan VS Code proqramını quraşdıracayıq.
VS Code Quraşdırılması
Xoş haldırki, artıq Microsoft proqramları Linux əməliyyat sistemi ilə uyğunluq təşkil edir.Yəni Microsoft rəsmi səhifəsindən Linux üçün proqramlarının versiyalarını əldə edə bilərik. Amma əvvəllər ya wine ya da Linux üzərində Windows əməliyyat sistemini qaldırmaq lazım idi.
VS Code proqramını endirmək üçün aşağıdakı adresə daxil oluruq. (Kali Linux üçün .deb genişlənməsi olan versiya seçilməlidir)
https://code.visualstudio.com/download
Endirilmə bitdikdən sonra yükləndiyi qovluğa daxil oluruq və yüklənən .deb genişlənməli faylı quraşdırmaq üçün terminal ekranında aşağıdakı kommandanı yerinə yetiririk. (Quraşdırılma zamanı sizdən Yes No deyə dialoq pəncərəsini görə bilərsiniz)
┌──(root㉿kali)-[~/Desktop]
└─# dpkg -i code_1.102.1-1752598717_amd64.deb
Selecting previously unselected package code.
(Reading database ... 429474 files and directories currently installed.)
Preparing to unpack code_1.102.1-1752598717_amd64.deb ...
Unpacking code (1.102.1-1752598717) ...
Quraşdırılma bitdikdən sonra Kali menyusuna daxil olduqda və axtarış zamanı VS Code proqramını görə bilərik.

VS Code proqramı yüksək səlahiyyət ilə işə salmaq mümkün deyildir. Bunun üçün ya kali istifadəçisi ilə yada /usr/share/applications/code.desktop faylında aşağıdakı dəyişikliyi edərək buna nail ola bilərik.
sudo nano /usr/share/applications/code.desktop
.....
Exec=/usr/share/code/code --no-sandbox --unity-launch %F
......
Pyhon skriptlərini yazmazdan əvvək Extensions hissəsində Python uzantısını yükləməliyik.Uzantılar hissəsində Python deyə axtardığımız zaman ilk olaraq görə bilərik.

Nəhayət İnstall düyməsinə klikləyin və uzantını ednirin. İlk python proqramını yazdığınız zmaan VS Code sizə aşağı hissədə yeni Python uzantısı barədə mesaj verəcəkdir. PYLİNT uzantısı Python kodunu yazmazdan əvvəl quraşdıracağımız son uzantıdır.
İlk proqramımızı yazaq , yaddaşa verək və icra edək.


Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat