Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında ilk dərsimiz olan Bash dilinə giriş edəcəyik.Əvvəla müəyyən məlumatlandırma hissəsindən Seriyanın digər paylaşımlarında bu dili ələ alacayıq.
Bash Dilinə Giriş (Dil haqqında qısa məlumat)
Biz bu seriya paylaşımlarımızda Bash dilinə daxil olacayıq.Bu bizim alətlərimizin istifadəsinin ələ alınmasında çox böyük yardımı olacaqdır.Seriya paylaşımları sayəsində öyrəndiyimiz biliklər əsasında müəyyən Bash dili ssenariləri üzrə kodlar yazacayıq.
Niyə məhz Bash? Bash dilinin universiallığı pentesterlərə İDE- proqramlaşdırma mühiti qurmadan kommandaları, kodları yazaraq terminal üzərindən daha ətraflı nəticə almağımıza şərait yaradır.Ümumiyyətlə Bash dilində kod yazmaq və yerinə yetrimək üçün sadəcə mətn redaktoru olması bəs edir.
Bəs Bash dilində hansı hallarda, nə zaman istifadə edəcəyik?Qısa deyəsi olsaq Bash dili kompleks,müxtəlif quruluşlu proqramların hazırlanması üçün təyin olunmayıb.Əgər bunu etmək istəsəniz bunun üçün Python dilindən istifadə edə bilərsiniz.(Gələcək seriyalarda Python da olcaqdır.)Böyük olmayan və tez bir zamanda vaxtınıza qənaət etmək üçün istifadə olunur.
Biz bu seriyada təkcə Bash dilini deyil, onun hüdudlarını aşacayıq.Əgər siz proqramlaşdırmaya yenisinizsə, bu sizin üçün ilkin başlanğıc və təkan verəcəkdir.
Bash Dili Seriyasında aşağıdakı mövzuları ələ alacayıq:
- Bash dili ilə ekrana nəticə yazmaq
- Dəyişənlərin təyin edilməsi
- Ssenarilər üzrə parametrlərin istifadəsi
- İstifadəçi daxiletmələrin emal edilməsi
- Funksiyaların yaradılması
- if operatorunun istifadəsi
- while və for operator istifadəsi
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat