Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində dəyişənlər tətbiqi haqqında məlumat əldə edəcəyik.
Dəyişənlərin tətbiqi
Əvvəlki paylaşımımızda bu haqda məlumat əldə etmiş və dəyişənlərdən istifadə edib sadə bir proqram yaratmışdıq.İndi isə həmin proqramı kataloq yolu demədən necə bir başa fayl adı ilə icra edəcəyimizi öyrənəcəyik.Yəni avatomaik yüklənməsi üçün həmin faylı $PATH diyıçinıni əlavə etməliyik.Bizim misalımızda həmin fayl /opt kataloqunda yerləşir.
Əvvəlcə istənilən mətn redaktoru ilə .bashrc faylını açın.Fayl açıldıqdan sonra isə aşağı hissəsinə aşağıda yazılan yazıları əlavə edin.
export PATH=$PATH:/opt/
Dəyişiklik /opt kataloqunu PATH dəyişəninə əlavə edəcək.Həmin mərhələdə faylı yadda saxlayın və bütün aktiv terminal ekranlarını sonlandırın.Yenidən terminal ekranını açın və var.sh faylını /opt kataloquna kopyalayın.Artıq sizin var.sh faylını icra edərkən kataloqunu göstərməyə ehtiyac yoxdur.Bibaşa adını yazaraq proqramı icra edə bilərsiniz.(chmod kommandasını icra etmək lazım deyil əvvəlki paylaşımda artıq bunu etmişdik)
root@kali:~# cp var.sh /opt/
root@kali:~# cd /opt/
root@kali:/opt# var.sh
Routerin IP adresi: 192.168.10.1
Kommanda nəticəsinin dəyişənə təyin edilməsi
Bəzi hallarda kommanda icra etdikdən sonra onu dəyişənlərdə saxlmaq lazım gəlir.Bir çox hallarda bunun üçün ekrana nəticə çıxaran kommandalardan istifadə olunur.
Aşağıda ls kommandasının nəticəsini filtrləyərək faly adının tərkibində “rose” sözü olan fayl adlarnı göstərən proqram yazılmışdır.(Narahat olmayın siz bundanda komplek, mürəkkəb ssenarilər görəcəksiniz indi isə biz sadəsi ilə praktiki göstəririk)
#!/bin/bash
LS_CMD=$(ls | grep "rose")
printf "$LS_CMD\n"
Aşağıda isə bu proqramın nəticələri göstərilmişdir:
root@kali:~# rosels.sh
rose.txt
rose_pass.txt
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat