Port Yönləndirilməsi nədir?Pivoting nədir? Port Yönləndirilməsi necə istifadə etmək olar? Port ilə Yönləndirilməsi ilə Pivoting nədir? Port Yönləndirilməsi necə istifadə olunur?Port Yönləndirilməsi ilə Pivoting Necə Həyata Keçirilir?Rinetd istifadəsi necə olur? Rinetd nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Port Yönləndirilməsi ilə Pivoting
Bu nəzəriyə bu sahəyə yeni başlayan şəxslərə çətinlik yarada bilər, amma əməliyyatı başa düşmək üçün mümkün qədər sadə dildə izah etməyə çalışacam.(Qavramağın əsas yolu onu praktika etməkdir, təkcə oxumaq deyildir!)Bu paylaşımın əsas məqsədi branduamerləri,firewalları və port məhdudiyyətlərindən yan keçmək və sistem daxilində digər hostlara daxil ola bilməkdir.Eyni başlıq altında aşağıdakı mövzuları əhatə edəcəyik.
- Portların Yönləndirilməsi
- Lokal portların yönləndirilməsi
- Hədəf cihazın portlarının yönləndirilməsi
- Portların Dinamik olaraq yönləndirilməsi
Port Yönləndirilməsi İdeyası
Port Yönləndirilməsi braduamer və firewall məhdudiyyətlərindən yan keçmək üçün şəbəkə bağlantılarının yönləndirilməsi başa düşülür.Daha asan başa düşülür olması üçün Mr.Robot serialındakı,xaker Elliot üzərindən izah edək. Ecorp şirkətinin əməkdaşı olan Elliot ftp.fsociety.com adlı öz FTP-serverinə daxil olmaq istəyir,ancaq Ecorp şirkətini branduamer və ya firewalları isə 21 portundan daxil olan bağlantılara icazə vermir. (FTP servisin susmaya görə 21-ci portda işləyir)
Digər bir deyişlə Ecorp şirkəti ancaq 80 və 443 portundan olan bağlantılara (HTTP/HTTPS) icazə verir. Branduamer və ya firewal qaydalarını yan keçmək üçün Elliot Linux Virtual Maşını yaratdıki, 80 portundan gələn əlaqələri hədəf FTP serverinin 21 portuna yönləndirsin.Aşağıdakı şəkildə bu əməliyyatın sxematik şəklin görə bilərsiniz.

Bu ssenari üzrə bizim aşağıdakı public ip adresləri haqqında məlumatımız vardır. (Onlar həqiqidir və nümunə olaraq istifadə olunur)
- Elliotun kompüterinin İP adresi – 1.1.1.1
- redirect.fsociety.com – 2.2.2.2
- ftp.fsociety.com – 3.3.3.3
Elliot aşağıdakı kommanda ilə Virtual Maşın üzərində olan Linux cihazına rinetd alətini artıq quraşdırır.
apt install rinetd
rinetd aləti quraşdırıldıqdan sonra Elliot şəbəkə bağlantılarını düzgün bir şəkildə yönləndirməlidir.Bunu yerinə yetirmək üçün rinetd alətinin konfiqurasiya faylı olan /etc/rinetd.conf faylı üzərində dəyişiklik edəcəkdir.Elliot yönləndirmələri əlavə edərkən aşağıdakı şablon üzrə yazı əlavə etməlidir.
Source İP / Source PORT / Destination İP / Destination PORT
Şablona uyğun olaraq Elliot aşağıdakı yazını əlavə edir:
2.2.2.2 80 3.3.3.3 21
Burada 2.2.2.2 yazılmasının səbəbi bizə gələcək olacaq bağlantıları dinləmək istəməyimizdir.
Source İP – bu harada əlaqə başalayacağını bildirən adresdir.Destination İP – FTP serverin, yəni hədəfin ip adresidir.
Nəticəni görmək üçün Elliot faylı yaddaşa göndərir və aşağıdakı kommanda ilə servisi yenidən başladır.
service rinetd restart
İndi isə Elliot öz cihazından redirect serverin ip və 80 portunu qeyd etməklə hədəf bağlantı qura bilir.
ftp 2.2.2.2:80
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat