Windows Privilege Escalation nədir? Hansı təhlükəsizlik boşluqları var? Privilege Escalationda hansı məqamlara əsas fikir verilməlidir? enumeration nədir? kəşfiyyat necə aparılır? Windows kəşfiyyatı necə aparılır?Enumeration aparılması,Windows sistem məlumatların aparılması
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Windows PrivEsc
Bildiyimiz kimi Microsoft Windows əməliyyat sistemi şəxsi istifadəçilər arasında və şirkət əməkdaşları arasında populyar əməliyyat sistemidir.Windows ƏS barəsində çox yazmaq mümkündür,amma əsas məsələlər praktiki olaraq yerinə yetiriləcəkdir.Bu seriyanın sonunda isə aşağıdakı məqamlardan istifadə edərək rahat bir şəkildə Windows səlahiyyətlərinizi artıra biləcəksiniz.
Bu seriyada yer alacaqdır:
- Windows ƏS enumeration (kəşfiyyatın) aparılması
- Məhdudiyyətli Windows kommanda sətrində faylın ötürülməsi
- Windows nüvəsi üçün exploitlər
- Windows qrafik interfeysinin exploit edilməsi
- PrivEsc üçün avtomatlaşdırılmış alətlərdən istifadə
Windows Sisteminin Kəşfiyyatın Aparılması
Windows əməliyyat sisteminin exploit edilməsindən öncə biz hədəf host haqqında məlumat əldə etməliyik.Bu bölmədə isə biz mütləq edilməli olan kəşfiyyatın aparılmasını həyata keçirəcəyik.
Sistem haqqında İnformasiya
Əməliyyat sistemi haqqında məlumat əldə etmək üçün systeminfo kommandasından istifadə edirik.
C:\Users\rose>systeminfo
Host Name: DESKTOP-K7ISHBI
OS Name: Microsoft Windows 10 Pro
OS Version: 10.0.19045 N/A Build 19045
OS Manufacturer: Microsoft Corporation
OS Configuration: Standalone Workstation
OS Build Type: Multiprocessor Free
Registered Owner: rose
Registered Organization:
Product ID: 00330-80000-00000-AA443
Original Install Date: 2/5/2025, 10:49:14 AM
System Boot Time: 5/14/2025, 9:20:38 AM
System Manufacturer: VMware, Inc.
System Model: VMware Virtual Platform
System Type: x64-based PC
Processor(s): 2 Processor(s) Installed.
[01]: Intel64 Family 6 Model 126 Stepping 5 GenuineIntel ~1498 Mhz
[02]: Intel64 Family 6 Model 126 Stepping 5 GenuineIntel ~1498 Mhz
BIOS Version: Phoenix Technologies LTD 6.00, 11/12/2020
Windows Directory: C:\Windows
System Directory: C:\Windows\system32
Boot Device: \Device\HarddiskVolume1
System Locale: en-us;English (United States)
Input Locale: en-us;English (United States)
Time Zone: (UTC-08:00) Pacific Time (US & Canada)
Total Physical Memory: 2,047 MB
Available Physical Memory: 334 MB
Virtual Memory: Max Size: 3,199 MB
Virtual Memory: Available: 1,015 MB
Virtual Memory: In Use: 2,184 MB
Page File Location(s): C:\pagefile.sys
Domain: WORKGROUP
Logon Server: \\DESKTOP-K7ISHBI
Hotfix(s): 10 Hotfix(s) Installed.
[01]: KB5054978
[02]: KB5049613
[03]: KB5011048
[04]: KB5015684
[05]: KB5053606
[06]: KB5014032
[07]: KB5032907
[08]: KB5050388
[09]: KB5052916
[10]: KB5054682
Network Card(s): 1 NIC(s) Installed.
[01]: Intel(R) 82574L Gigabit Network Connection
Connection Name: Ethernet0
DHCP Enabled: Yes
DHCP Server: 192.168.10.254
IP address(es)
[01]: 192.168.10.34
[02]: fe80::e05d:f6b0:23c4:b88e
Hyper-V Requirements: A hypervisor has been detected. Features required for Hyper-V will not be displayed.
Gördüyünüz kimi qarşımıza çoxlu informasiya əldə etdik, informasiyaları daha sadə görmək üçün findstr kommandası ilə filtr tətbiq edə bilərik.
C:\Users\rose>systeminfo | findstr /B /C:"OS Name" /C:"OS Version"
OS Name: Microsoft Windows 10 Pro
OS Version: 10.0.19045 N/A Build 19045
Burada B parametri sətrin əvvəlini C parametri isə tapmaq istədiyimiz məlumatı bildirir.
Windows Arxitekturası
ƏS arxitekturası barəsində məlumat əldə etmək üçün WMIC alətindən istifadə edirik.Bu alətlə Windows ƏS kommanda sətrində əməliyyatların icra edilməsində bir çox yerdə qarşılaşa bilərik.Alət faktiki olaraq kommanda sətri üçün interfeys təqdim edir.(Windows Management Instrumentation)
C:\Users\rose>wmic os get osarchitecture
OSArchitecture
64-bit
C:\Users\rose>echo %PROCESSOR_ARCHITECTURE%
AMD64
Məntiqi Disklər haqqında məlumat
Windows əməliyyat sistemində yerləşən məntiqi disklər haqqında məlumat əldə etmək, onları siyahılandırmaq üçün WMIC alətindən istifadə edirik.
C:\Users\rose>wmic logicaldisk get caption
Caption
C:
D:
C:\Users\rose>fsutil fsinfo drives
Drives: C:\ D:\
Yüklənən Hotfixlər
Windows ƏS üzərində yüklənən hotfixləri siyahılandırmaq üçün systeminfo kommandasından istifadə edə bilərik.Bu məsələni WMIC alətinin köməyi ilə də yerinə yetirmək mümkündür.
C:\Users\rose>wmic qfe get Caption,Description,HotFixId
Caption Description HotFixID
http://support.microsoft.com/?kbid=5054978 Update KB5054978
http://support.microsoft.com/?kbid=5049613 Update KB5049613
http://support.microsoft.com/?kbid=5011048 Update KB5011048
https://support.microsoft.com/help/5015684 Update KB5015684
https://support.microsoft.com/help/5053606 Security Update KB5053606
Security Update KB5014032
Update KB5032907
Security Update KB5050388
Update KB5052916
Update KB5054682
WHOAMI
Hədəf Windows ƏS üzərində kommanda sətri üzrə kommanda icra etdiyimiz zaman bizə maraqlı olan məqamlar hansı istifadəçi olaraq kommanda icra etdiyimiz və bu istifadəçinin hansı icazələrə və səlahiyyətlərə malik olmasıdır.Whoami kommanda yuxarıda deyilən məlumatları bizə təqdim edir.
C:\Users\rose>whoami
desktop-k7ishbi\rose
C:\Users\rose>whoami /priv
PRIVILEGES INFORMATION
----------------------
Privilege Name Description State
============================= ==================================== ========
SeShutdownPrivilege Shut down the system Disabled
SeChangeNotifyPrivilege Bypass traverse checking Enabled
SeUndockPrivilege Remove computer from docking station Disabled
SeIncreaseWorkingSetPrivilege Increase a process working set Disabled
SeTimeZonePrivilege Change the time zone Disabled
İstifadəçi və Qrup siyahıları
Hədəf Windows ƏS üzərində lokal istifadəçilərin və qrupların kəşfiyyatının aparılmasının bir neçə yolu vardır.Bəs bu niyə PrivEsc üçün vacibdir?Cavabı isə odurki, istifadəçilərin və qruplar haqqında məlumat əldə etmək bizə məhdudiyyətli kommanda sətrindən digər səlahiyyətli istifadəçiyə keçməyə üçün ümumi təsəvür yaradır.Bunun üçün net user deyə möhtəşəm kommanda vardır.
C:\Users\rose>net user
User accounts for \\DESKTOP-K7ISHBI
-------------------------------------------------------------------------------
Administrator DefaultAccount Guest
rose WDAGUtilityAccount
The command completed successfully.
Daha sonra bir istifadəçi haqqında daha ətraflı məlumat öyrənə bilərik.
C:\Users\rose>net user rose
User name rose
Full Name
Comment
User's comment
Country/region code 000 (System Default)
Account active Yes
Account expires Never
Password last set 3/30/2025 7:04:22 AM
Password expires Never
Password changeable 3/30/2025 7:04:22 AM
Password required No
User may change password Yes
Workstations allowed All
Logon script
User profile
Home directory
Last logon 5/14/2025 9:23:48 AM
Logon hours allowed All
Local Group Memberships *Administrators
Global Group memberships *None
The command completed successfully.
Hədəf Windows ƏS local qrupları haqqında məlumat əldə etmək üçün net localgroup istifadə edirik.
C:\Users\rose>net localgroup
Aliases for \\DESKTOP-K7ISHBI
-------------------------------------------------------------------------------
*Access Control Assistance Operators
*Administrators
*Backup Operators
*Cryptographic Operators
*Device Owners
*Distributed COM Users
*Event Log Readers
*Guests
*Hyper-V Administrators
*IIS_IUSRS
*Network Configuration Operators
*Performance Log Users
*Performance Monitor Users
*Power Users
*Remote Desktop Users
*Remote Management Users
*Replicator
*System Managed Accounts Group
*Users
The command completed successfully.
Bir qrup haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı kommandadan istifadə edin.
C:\Users\rose>net localgroup Administrators
Alias name Administrators
Comment Administrators have complete and unrestricted access to the computer/domain
Members
-------------------------------------------------------------------------------
Administrator
rose
The command completed successfully
Əgər hədəf cihaz Domain qoşulubsa aşağıdakı kommmanda ilə əldə edə bilərik:
net group /domain
net group /domain "Domain Admins"
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat