MEXC API Keys-lərini Oğurlayan Zərərli Chrome Extension Aşkarlanıb
Kibertəhlükəsizlik tədqiqatçıları, 170-dən çox ölkədə fəaliyyət göstərən mərkəzləşdirilmiş kriptovalyuta birjası (CEX) MEXC-ə aid API Keys-lərini oğurlamaq qabiliyyətinə malik zərərli Google Chrome Extension haqqında ətraflı məlumat yayımlayıblar. Bu Extension, platformada avtomatlaşdırılmış ticarət aləti kimi maskalanaraq istifadəçiləri hədəf alır.
“MEXC API Automator” adlanan və “pppdfgkfdemgfknfnhpkibbkabhghhfh” identifikasiya nömrəsinə sahib olan bu zərərli Extension, aşkar edildiyi vaxta qədər 29 dəfə endirilib və hələ də aktiv şəkildə fəaliyyətini davam etdirir. Hakerlər adətən, istifadəçilərin kriptovalyuta hesablarına birbaşa giriş əldə etmək və ya müxtəlif əməliyyatlar həyata keçirmək üçün API Keys-dən istifadə edirlər ki, bu da ciddi maliyyə itkilərinə səbəb ola bilər.
Kriptovalyuta İstifadəçiləri üçün Təhlükəsizlik Xəbərdarlığı
Bu cür zərərli Extension-lar, kriptovalyuta sektorunda fəaliyyət göstərən istifadəçilər üçün ciddi təhlükə mənbəyidir. Onlar qanuni alətlər kimi görünərək, istifadəçilərin etimadından sui-istifadə edir və onların həssas məlumatlarını, o cümlədən API Keys-lərini ələ keçirirlər. Bu tip hücumlar, sadəcə Chrome Extension-lar vasitəsilə deyil, həm də Phishing kampaniyaları, Malware və digər zərərli üsullarla da həyata keçirilə bilər.
Kriptovalyuta birjaları ilə əlaqəli hər hansı bir Extension və ya üçüncü tərəf aləti quraşdırarkən həmişə diqqətli olmaq və yalnız rəsmi, yoxlanılmış mənbələrdən endirmək vacibdir. İstifadəçilərə, Extension-ların tələb etdiyi icazələri yoxlamaq və şübhəli proqram təminatlarından çəkinmək tövsiyə olunur. Kibertəhlükəsizlik mütəxəssisləri, daimi xəbərdarlıq edirlər ki, hakerlər mütəmadi olaraq yeni üsullar inkişaf etdirərək fərdi və korporativ istifadəçiləri hədəf alırlar.