Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün ümumi məlumatlandırma cəhətdən SORM sistemi haqqında məlumat əldə edəcəyik.Rusiya Xüsusi Xidmət Orqanları Vətəndaşlarını Necə İzləyir? SORM Sistemi
SORM Nədir?
SORM (СОРМ) — Əməliyyat-axtarış tədbirləri sistemi (Система оперативно-розыскных мероприятий). SORM sistemini keçən əsrin 80-ci illərində sovet DTK-sı (КГБ) tərəfindən hazırlanmışdır. İndiki dövrdədə rusiya xüsusi xidmət orqanları СОРМ-1, СОРМ-2 və СОРМ-3 sistemlərindən istifadə edir.
SORM növləri
SORM sistemlərini inkişaf mərhələsinə görə 3 növü vardır. Bunlar aşağıdakılardır:
SORM-1 – keçən əsrin 80-ci illlərində istehsal olunub və telefon danışıqlarını dinləmək üçün istifadə olunur. İndiki dövrdə isə praktiki olaraq istifadə olunmur.
SORM-2 – ayrıcı bir server olaraq bütün trafiki və məlumatları üzərindən keçir, bütün məlumatları yığaraq təyinatı üzrə sorğu gəlmiş orqanlara çatdırılır.
SORM-3 – bütün provayder sistemlərində istifadəçilərin məlumatlarını statistik şəkildə alınır (billing, radius, NAT, DPI), xüsusi olaraq sinifləndirmə sistemi və uzun müddətli saxlama qabiliyyəti vardır. Nəticədə istifadəçilərin bütün internet profili formalaşır.

SORM istehsalçıları və quruluşu
SORM-2 sisteminin sertifikasiyanı keçmiş 5 istehsalçı vardır:
- «МФИ Софт»,
- «ТехАргос»,
- «Норси-Транс»,
- «Сигнатек»,
- «Специальные технологии» («Феникс»).
Ümumi olaraq quruluşuna nəzər salsaq SORM sistemi ölkə şəbəkəsini beynəlxalq şəbəkəyə birləşdiirlən gateway ilə beynəlxalq şəbəkə arasında yerləşir. Tərkibi SORM serveri , verilənlərin saxlanılması serveri və idarəetmə pultundan ibarətdir.

SORM-1
Rusiya Kommunikasiya Orqanın qərarına əsasən bütün telefon operatorları xüsusi xidmət orqanlarına SORM-1 serverinin idarəetmə pultunu verməlidir.Bu sistemdə bu trafiklər keçir: zənglər, smslər,servis məlumatları və digər trafiklər.
Sizin haqqınızda hansı məlumatları əldə edə bilərlər:
- İMEİ kodunuzu (Cihazın unikal identifikatorunu)
- Telefonunuzda bütün sim kartları və onların sahiblərinin adlarını
- Telefonunuz hansı baza stansiyasına qoşulduğunu
- Telefonunuz nə zaman sönüb və ya açılıbsa
- Telefonunuzda nə zaman sim kartı dəyişmisinizsə
SORM-1 effektivliyini necə azaltmaq olar?
- Vacib mövzuları açıq əlaqə ilə müzəkirə etməmək (zəng/sms)
- Qapalı əlaqə vasitələri seçmək (məlumatları 3-cü tərəflə bölüşməyən messengerlər)
- VPN və TOR istifadəsi
SORM-2
İnternet provayderləri xüsusi xidmət orqanlarının istəyi ilə özlərini istənilən istifadəçisinin məlumatlarını onlarla paylaşmalıdır. SORM-2 standartlarına görə internet təminatçıları məlumatları bir neçə gün ərzində saxlamalıdırlar. 2018-ci ildən yeni qərarın qüvvəyə minməsi ilə SORM-2 öz yerini SORM-3 sisteminə verdi.SORM-3 sistemində özündə uzunmüddətli saxlama qabiliyyəti vardır.Məlumatları 3 il ərzində öz serverində saxlayır
Sizin haqqınızda hansı məlumatları əldə edə bilərlər:
- Hansı resurslara daxil olduğunuzu
- Kim ilə nə mövzuda ünsiyyət qurduğunuzu
- Hansı cihazdan istifadə etdiyinizi və yerinizi
SORM-2 effektivliyini necə azaltmaq olar?
- Yalnız HTTPS protokolundan tətbiq edilən resurslardan istifadə etmək
- Bilinməyən saytlar və servislərdən istifadə etməmək
- İstifadə etmədiyiniz zaman web kameranı və mikrofonu söndürmək
- Anti-virus istifadə etmək
SORM-3
SORM-3 sisteminin əsas məqsədi real zamanda istifadəçi haqqında maksimal məlumat əldə etmək və məlumatları 3 il ərzində saxlamaqdır. SORM-1 və SORM-2 sistemləri istifadəçi haqqında məlumat əldə edirlərsə, SORM-3 sistemi isə internetdəki istifadəçinin profilini yaradır və statistikasını saxlayır.
SORM-3 xüsusiyyətləri
- Real zamanda məlumatların toplanması və realizasiyası
- İstənilən zaman toplanmış məlumatlara çıxış
- Hüquqverici orqanlarla uyğun olaraq 3 il ərzində məlumatların saxlanılması
- Müəyyən kriteriyalar üzrə məlumatların yığımı
- Yığılmış məlumatlar vizuallaşdırılır və gələcək analizlər üçün hazırlanır

SORM-dan necə qorunmaq olar?
Ümumiyyətlə yüksək şifərləmə həyata keçirən və məlumatları 3-cü tərəflərlə bölüşməyən messencerlərdən istifadə etmək məsləhətdir.(Signal və Talk) Digər messencerlərdə şifrələmə həyata keçirir və bu bütün məlumatların qorunmasına 100% qarantiya vermir.
Yuxarıda öyrəndiyimiz məlumatlar biz deyə bilmərikki biz qorunuruq. Ola bilər hər hansı xaker hücumu və digər üsullarla cihazımız nəzarət altındadır.Bunun üçün mütamadi yoxlama lazımdır.
Ümidvaram faydalı olmuşdur.Özünüzü qoruyun.Oxuduğunuz üçün təşəkkürlər!!
Qeyd: Məqalə maarifləndirici xarakter daşıyır və heç bir digər məna kəsb etmir.
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat