Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Şəbəkənin Skan Edilməsi üzrə məlumat əldə edəcəyik və Nmap skanı təməlləri praktiki yerinə yetirəcəyik.
Nmap Skanı Təməlləri
Biz bəzi nmap skanının təməllərini müzakirə edəcəyik.Əgər siz nmap alətini heç bir parametr olmadan istifadə etsəniz onda nmap susmya görə aşağıdakı parametrlərlə skana başlayacaqdır.
- Skan sürəti T3 parametrinə uyğun yerinə yetiriləcəkdir.
- 1000 ən yayılmış TCP portlarının skan ediləcəkdir.
- Kali cihazınızda root olduğunuzu nəzərə alan Nmap TCP SYN skanını yerinə yetirəcəkdir.
Bütün bu proseslər hamısı arxa planda yerinə yetirilir.Bu o deməkdir ki, sizin həmin parametrləri daxil etməyinizə heç bir ehtiyacınız yoxdur.Nmap alətinin belə bir sisteminin olması bizə böyük yardım edir.
Təkcə bir sürət parametri ilə yetinə bilmərik, daha sürətli skan üçün digər parametrlərin tətbiqi məcburidir. İnternet ortamında T5 parametrindən istifadə etməyin, çünki bur nmap alətinin sürətini çox yükəldir. Bunun əvəzində isə susmaya görə T3 parametrindən istifadə edin.İkinci diqqət etməli olduğunuz məqam sizə skanı lazım olan portların sayının verilməsidir.Aşağıda ən çox yayılmış 100 TCP portun sürətli skanı göstərilmişdir.
nmap --top-ports 100 -T5 (ip adress/diapazon)
Əgər siz hər hansı bir porta hədəflənirsinizsə onda -p parametrindən istifadə edərək port nömrəsini təyin edə bilərsiniz.
nmap -p 80 (ip adress/diapazon)
Əgər siz bütün portları skana əlavə etmək istəyirsinizsə onda -p- paramterindən istifadə etməlisiniz. (Bu parametr 1-dən 65535 portun hamısını skan edəcəkdir). Bu parametrdən UDP skanı zamanı istifadə etmək məsləhət deyildir, səbəbi isə əvvəlki paylaşımdan bildyiniz kimi UDP skan edilməsi yavaş baş verir.Həmin parametri TCP skanı zamanı istifadə etmək məqsədə uyğundur.
┌──(root㉿kali)-[~/Desktop]
└─# nmap -p- -T5 192.168.10.16 -Pn
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-05 21:28 +04
Nmap scan report for kali (192.168.10.16)
Host is up (0.000030s latency).
Not shown: 65534 closed tcp ports (reset)
PORT STATE SERVICE
5355/tcp open llmnr
Nmap done: 1 IP address (1 host up) scanned in 2.70 seconds
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat