Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Sosial Mühəndislik başlığı altında Mr.Robot serialında istifadə olunan Rubber Ducky cihazının nə olduğu və necə istifadə olunacağı haqqında məlumat alacayıq.
USB Rubber Ducky ilə sosial mühəndislik
USB Rubber Ducky – Sosial mühəndislik hücumları yerinə yetirmək üçün istifadə olunan fantastik bir ixtiradır. Siz bu aləti hak5 rəsmi saytından ala bilərsiniz, həmçinin özünün dərsliyi də mövcuddur.
USB Rubber Ducky aləti “Mr.Robot” serialının ikinci sezon 10-cu bölümdə istifadə olunmuşdur.Bunun səbəbi isə onun güclü hücum texnikasının olması idi. Sizcə Hollywood serialında istifadə edilmiş bir cihazı öz işimizdə tətbiq etmək yaxşı olmazmı?
Nəyə görə USB Rubber Ducky bu qədər insanları özünə cəzb edir?Bu cihaz usb fləş kartına bənzəsədə bu klaviaturadır. Buna görə də sizin Antivirus sisteminiz həmin cihazı qoşduqda USB fləş kartını yox klaviatura qoşduğunuzu fikirləşəcəkdir.
Hələ bununlada kifayət etmir.Bu cihazı hər hansısa kompüterə qoşduqda cihaz başlayır yazı yazmağa və istədiyi hər şeyi yerinə yetirir.Buna görə də USB Rubber Ducky fantastikdir!
Aşağıdakı şəkildə siz USB Rubber Ducky-ni görə bilərsiniz.Onun ölçüsü bazarda olan fləş kartlardan çox da fərqlənmir. Soldakı şəkildə onun plastik korpussuz halıdır, sağdaki isə plastik korpuslu. Cihazın işləməsi üçün plastik korpusun olması önəmli deyil,biz bunu insanlarda şübhə yaratmaması üçün istifadə edirik.


Sağdakı şəkildəki kimi micro sd kartından istifadə edərək biz öz payload skriptimizi usb rubber ducky”ə daxil edə bilərik.
- USB Rubber Ducky cihazından MicroSD kartı çıxarın və onu USB adapterə qoşun.
- USB adapteri Kali Linux əməliyyat sistemli cihazınıza daxil edin.İndi isə biz Rubber Ducky üçün skripti hazırlamalıyıq. Aşağıda hədəfin kompüterində notepad proqramını açaraq “Hello World” yazısı yazacaq skript əlavə etmişəm.
REM İlk skript
DELAY 500
GUI r
DELAY 500
STRING notepad
ENTER
DELAY 1000
STRING Hello, World!
ENTER
3. Skripti yazıb qutardıqdan sonra onu mətn faylı kimi yadda saxlayın. Bu mərhələdə biz bu skripti kompilyator ilə çevirmələyik.
java -jar (encoder) -i (mətn faylı) -o (yadda saxlanılacaq fayl)
java -jar duckencoder.jar -i script.txt -o inject.bin
4.USB adapterdən MicroSD kartı çıxarın və USB Rubber Ducky cihazında daxil edin.
5.İndi isə bu sınağı hədəf sistemdə yoxlayın. Əgər hədəf sistemdə notepad açılmırsa, hədəfə “Hello World” yazısını yazmırsa, deməli hardasa yazı xətası etmisiniz. Səhvlərinizi düzəldin və yenidən yerinə yetirin.
USB Rubber Ducky hədəf sistemdə avtomatik olaraq işləməlidir. Əgər bu baş vermərsə, cihazın üstündəki RUN düyməsinə basa bilərsiniz.
USB Rubber Ducky vasitəsi ilə irəli səviyyə skriptlərin hazırlanması, reverse shell əldə edilməsi və s əməliyyatlar gələcək paylaşımlarda yerinə yetiriləcəkdir. İzləmədə qalın!
Qeyd: Bu paylaşım tamamilə maarifləndirici xarakter daşıyır. Edilən hər bir davranış şəxsi məsuliyyət yaradır.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər! Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazgroup
Telegram (Chat): https://t.me/xakerazchat