Port Yönləndirilməsi nədir?Pivoting nədir? Lokal Port Yönləndirilməsi necə istifadə etmək olar? SSH ilə Port Yönləndirilməsi nədir? SSH Tunelling necə istifadə olunur?Lokal Port Yönləndirilməsi ilə Pivoting Necə Həyata Keçirilir?SSH Tuneling istifadəsi necə olur? SSH Tunellemə nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
SSH Tunelling və Lokal Portların Yönləndirilməsi
Əvvəlki paylaşımda portların yönləndirilməsi üzrə əsasları öyrəndiniz.Bu paylaşımda isə biz təhlükəsiz SSH kanalından istifadə edərək portlarımızı yönləndirəcəyik.(SSH servisinin trafiki şifrələndiyindən hədəf və mənbə arasında əlaqə təhlükəsizdir).Tapşırığımız isə lokal portları SSH servisinin köməyi ilə yönləndirəcəyik. Tapşırığı anlamaq üçün aşağıdakıları bilməliyik:
- Elliotun İP adresi Ecorp-da:
- public ip 1.1.1.1
- Elliot ftp servisini istifadə etməzdən SSH kliyentdən istifadə edəcəkdir.
- redirect.fsociety.com (Router):
- public ip: 2.2.2.2
- SSH serveridir və gələn trafikləri dinləyəcək.
- ftp.fsociety.com (FTP server)
- public ip 3.3.3.3
- FTP serverdir və FSociety üçün yaradılmışdır.

İlk addım olaraq Elliot öz virtual maşınında yəni redirect.fsociety.com-da SSH server aktivləşdirməlidir. 2-ci addım isə öz virtual Kali Linux cihazında SSH kliyent aktivləşdirirki,lokal olaraq 4444 portunu dinləsin və trafiki SSH serverə göndərsin.
ssh -L 4444:3.3.3.3:21 2.2.2.2
Son addım olaraq Elliot artıq localhostundan 21 portuna daxil olmaqla FTP serverinə daxil ola bilir.
ftp 127.0.0.1:4444
Əgər Ecorp şirkəti daxil olan və xaric olan paketləri 22 portunu icazə vermirsə, elliot braduameri aldatmalı və ondan yan keçməlidir.İlk öncə o redirect.fsociety.com-da SSH portunu dəyişdirməlidir.Təsəvvür edəkki, branduamer yalnız 80 və 443 portuna icazə verir və 22 portunu bloklayır. Bu halda elliot routerin port yönləndirməsini dəyişdirməlidir 2.2.2.2-də çünki 80 portuna gələn trafik 22 yönləndirilməlidir. Bu əməliyyat routerdə administrator səviyyəsində həyata keçirilir və hər routerdə bu xüsusiyyət mövcuddur.
Sonda isə Elliot öz virtual Kali Linux cihazında bu əməliyyatı yerinə yetirməlidir.
ssh -p 80 -L 4444:3.3.3.3:21 2.2.2.2
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat