Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Şəbəkənin Skan Edilməsi üzrə məlumat əldə edəcəyik və hədəf sistemin servislərini, versiyasını təyin etməyi praktiki yerinə yetirəcəyik.
Hədəf sistemin servislərini və versiyasının təyini
Bu məqalədə ən yaxşı şəbəkə skan aləti olan Nmap ilə hədəf sistemin servislərini və onların versiyalarını təyin etməyi öyrənək. Nmapda sistemin servislərinin versiyalarını təyin etmək üçün -sV parametrindən istifadə olunur.Parametri daha yadda qalan etmək üçün onun mənasını izah edək.Deməli s skan etmək, V isə versiya deməkdir.Belə nəticəyə gəlirikki, parametrin mənası versiyanın skan edilməsidi. Sizcədə belə üsul daha yadda qalan etmirmi?Versiyanın skan edilməsi adi portların skan edilməsindən daha uzun vaxt çəkə bilər, səbəbi isə yalnız port skan ilə yanaşı portun tipini təyin etmək üçün çalışmasıdır.
Əvvəlki paylaşımdakı nmap skanını -sV parametri ilə yenidən təkrarlayaq:
┌──(root㉿kali)-[~]
└─# nmap -p- -T5 -sV 192.168.10.16 -Pn
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-06 20:43 +04
Nmap scan report for kali (192.168.10.16)
Host is up (0.000015s latency).
Not shown: 65533 closed tcp ports (reset)
PORT STATE SERVICE VERSION
22/tcp open ssh OpenSSH 9.9p1 Debian 3 (protocol 2.0)
5355/tcp open llmnr?
Service Info: OS: Linux; CPE: cpe:/o:linux:linux_kernel
Service detection performed. Please report any incorrect results at https://nmap.org/submit/ .
Nmap done: 1 IP address (1 host up) scanned in 145.51 seconds
İndi isə sizə nmap skan etmə sürətinizi artıaracaq bir kiçik tövsiyə verim.Əvvəl biz -p- parametri ilə bütün açıq portları təyin etdyimiz üçün artıq -sV parametri ilə skan etməyə ehtiyac yoxdur. Bunun yerinə -p parametri ilə açıq portları daxil etməyiniz sizin sürətinizi və vaxtınıza qənaət edəcəkdir.
┌──(root㉿kali)-[~]
└─# nmap -p 22,5355 -T5 -sV 192.168.10.16 -Pn
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-06 20:46 +04
Nmap scan report for kali (192.168.10.16)
Host is up (0.00011s latency).
PORT STATE SERVICE VERSION
22/tcp open ssh OpenSSH 9.9p1 Debian 3 (protocol 2.0)
5355/tcp open llmnr?
Service Info: OS: Linux; CPE: cpe:/o:linux:linux_kernel
Service detection performed. Please report any incorrect results at https://nmap.org/submit/ .
Nmap done: 1 IP address (1 host up) scanned in 142.87 seconds
Nəhayət olaraq, siz versiya skanını agresivliyini dəyişə bilərik. Digər bir sözlə biz nə qədər kobud bir formada servisi skan etsək bu o qədər çox vaxt tələv edəcəkdir.Aşağıdakı cədvəldə servis skanın intensivliyi göstərilmişdir.
| NMAP Parametri | Açıqlaması |
| –version-intensity (0-9) | 9 maksimal intensivlik.7- susmaya görə intensivlik |
| –version-light | 2 intensivlik dərəcəsinə bərabərdir. |
| –version-all | 9 intensivlik dərəcəsinə bərabərdir. |
Qeyd: Nmap hər hansısa parametri yadınızdan çıxarsa -h parametri ilə bütün parametrlər və onların açıqlamaları haqqında məlumat əldə edə bilərsiniz.
Növbəti skanda biz –version-light parametri ilə versiya skanını tezləşdirəcəyik.Bir saniyə bir host üçün çox gəlməyə bilər amma müəyyən bir diapazon olarsa böyük bir fərq yaradacaqdır.
┌──(root㉿kali)-[~]
└─# nmap -p 22,5355 -T5 -sV 192.168.10.16 -Pn --version-light
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-06 20:57 +04
Nmap scan report for kali (192.168.10.16)
Host is up (0.00014s latency).
PORT STATE SERVICE VERSION
22/tcp open ssh OpenSSH 9.9p1 Debian 3 (protocol 2.0)
5355/tcp open llmnr?
Service Info: OS: Linux; CPE: cpe:/o:linux:linux_kernel
Service detection performed. Please report any incorrect results at https://nmap.org/submit/ .
Nmap done: 1 IP address (1 host up) scanned in 26.70 seconds
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat