Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında mətnin axtarışı və filtrlənməsi kommandalarını əhatə edəcəyikdir. Öyrənəcəyimiz kommandalar: grep, awk, cut-dır.
Mətnin axtarışı və filtrlənməsi
Mətn faylları dünasında öyrənməli olduğumuz mühim məqamlardan biridə – axtarış mexanizmidir. Axtarış mexanizmləri bir çoxu mövcuddur, amma biz ən populyar olanları əhatə edəcəyik:
- grep
- cut
- awk
GREP
Siz bir çox yerdə grep kommandasını istifadə olunduğunu görə bilərsiniz. Bu filtrləmə kommandası aşağıdakı struktura malikdir:
grep (parametr) (filtr sozu) (faylın adı)
Tutaq ki, siz “password” sözünü axtarmaq istəyirsiniz bütün kataloqlarda, əsas kataloqdan başlayaraq.
┌──(root㉿kali)-[~]
└─# grep -irl "password" /
/var/log/boot.log.2
/var/log/boot.log.7
Parametrlər aşağıdakıları izah edir:
- -i — registri yox sayır və bütün hərfləri nəzərə alır.
- -r — göstərilmiş fayllarda rekursiv axtarış etmək.
- -l — uyğun gələn faylları siyahı şəklində göstər.
Digər bir məsələd isə siz rockyou.txt faylında (hansı bruteforce üçün milyonlarla şifrə vardır içində) “password” sözünün neçə ədəd olduğunu öyrənmək istəyirsiniz:
┌──(root㉿kali)-[~]
└─# grep -c "password" /usr/share/wordlists/rockyou.txt
3960
Burada, -c parametr isə sayını göstərməyini bildirir.
AWK
Bu kommanda genişləndirilmiş filtrləmə kommandasıdır. Aşağıdakı şablondan istifadə edir:
awk /(axtarış kriteriyası)/ (parametr) (faylın adı)
Praktiki məsələ olaraq isə, /etc/passwd faylında root sözünü axtarırsınız:
┌──(root㉿kali)-[~]
└─# awk '/root/' /etc/passwd
root:x:0:0:root:/root:/usr/bin/zsh
nm-openvpn:x:113:117:NetworkManager OpenVPN,,,:/var/lib/openvpn/chroot:/usr/sbin/nologin
Bir addım da irəliləyək . Siz /etc/shadow faylından rootun şifrəsini əldə etmək istəyirsiniz.
┌──(root㉿kali)-[~]
└─# awk '/root/' /etc/shadow
root:$y$j9T$Ppr.EERQjhj6pVfACbobc0$HFzhIo8TdXHnogQOvi.sspCPgTpCsD1R5HwF2ZkkFX3:20123:0:99999:7:::
┌──(root㉿kali)-[~]
└─# awk -F ':' "/root/{print $ 2}" /etc/shadow
$y$j9T$Ppr.EERQjhj6pVfACbobc0$HFzhIo8TdXHnogQOvi.sspCPgTpCsD1R5HwF2ZkkFX3
Biz bilirik shadow faylında ayrıcı kimi : istifadə olunur, buna görədə -F ‘:’ bu filtrdən istifadə edirik. Sonra isə {print $ 2} bu hissə ilə bizə ikinci hissəsini çap etməsini bildiririk, hansı ki özündə şifrənin hashlənmiş qiymətini saxlayır.
CUT
Digər populyar axtarış və filtrləmə kommandalarından biridə cut-dır.Bu praktiki tapşırıqda cat kommandası ilə shadow faylını oxuyacıq, sonra filrləmək üçün grep kommandasından istifadə edəcəyik, və sonda şifrəni(hash) əldə edəcəyik.
┌──(root㉿kali)-[~]
└─# cat /etc/shadow | grep root | cut -d ":" -f 2
$y$j9T$Ppr.EERQjhj6pVfACbobc0$HFzhIo8TdXHnogQOvi.sspCPgTpCsD1R5HwF2ZkkFX3
Burada da məntiq eynidir. -d parametr ayrıcı bildirir. -f isə hansı hissəni göstərəcəyini burada 2-ci hissəni göstərir.
Ümid edirəmki faydalı olmuşdur. Oxuduğunuz üçün təşəkkürlər!
Telegram: https://t.me/xakeraz_official