Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux`a uzaqdan bağlantını əhatə edəcəkdir. Öyrənəcəyimiz protokollar RDP və SSH-dır.
Kali Linux uzaqdan bağlantı
Hər hansı bir əməliyyat sisteminə uzaqdan bağlanmaq üçün 2 populyar üsuldan istifadə olunur. Windows əməliyyat sistemi üçün bu uzaqdan bağlanma protokolu – RDP (Remote Desktop Protocol), Linux üçün isə -SSH (Secure Shell)- dir.
Hər iki protokolun ilə necə işləmək lazım olduğunu öyrənəcəyik.
RDP (Remote Desktop Protocol)
RDP Windows əməliyyat sistemlərində istifadə olunan uzaqdan bağlantı protokoludur.Tutaq ki pentestinglə məşğul olduğunuz zaman hədəf Windows cihazında 3389 portunun açıq olduğunu sezdiniz, bu uzaqdan bağlantı protokoludur.Fikirləşəcəyiniz ilk şeylərdən biridə username və şifrə ilə hədəf sistemə bağlanmaqdır.Gələcək işlərdə isə bir çox məsələlərdə Windows əməliyyat sistemi olan cihaza qoşulmalı olacaqsınız ( Kali Linuxdan) bunun üçün rdesktop kommandasından istifadə olunur.
rdesktop (ip adress) -u ( istifadəçi adı) -p (şifrə) -d (domen qoşulubsa)

SSH (Secure Shell)
SSH protokolu- Linux əməliyyat sistemlərinə təhlükəsiz bağlantı qurmağımıza yarayır.Susmaya görə SSH protokolu TCP üzərində və 22 portunda işləyir.
SSH istifadəçi və parolla qoşulmaq
İlk öncə istifadəçi adı və parolu ilə ssh qoşulmağı yoxlayaq.Bütün istifadəçilərə root istisna olmaqla SSH protokolundan istifadə etməklə qoşulmaq olar.
ssh username@ip
root istifadəçisinin SSH ilə bağlanmağına icazə vermək üçün aşağıdakı konfiqurasiya faylını redakte etmək lazımdır.
/etc/ssh/sshd_config
Aşağıdakı kommandanı konfiqurasiya faylına əlavə edin:
PermitRootLogin Yes
İndi isə biz root istifadəçisi ilə SSH ilə hədəf sistemlə bağlantı qura bilərik:
root@Ubuntu-VMware-Virtual-Platform:/# ssh [email protected]
[email protected]'s password:
Linux kali 6.11.2-amd64 #1 SMP PREEMPT_DYNAMIC Kali 6.11.2-1kali1 (2024-10-15) x86_64
The programs included with the Kali GNU/Linux system are free software;
the exact distribution terms for each program are described in the
individual files in /usr/share/doc/*/copyright.
Kali GNU/Linux comes with ABSOLUTELY NO WARRANTY, to the extent
permitted by applicable law.
┌──(root㉿kali)-[~]
└─# hostname
kali
SSH ilə Kali Linux`a qoşulmazdan əvvəl SSH servisini yəni xidmətini aktivləşdirmək lazımdır.Aşağıdakı kommanda sizə yardımçı olacaqdır:
service ssh start
SSH servisini dayandırmaq istəyirsinizsə onda :
service ssh stop
Əgər siz SSH servisini avtomaik başlamasına və öz işini yerinə yetirməsini istəyirsinizsə aşağıdakı kommandadan istifadə edin:
systemctl enable ssh
Bunu ləğv etməm üçün:
systemctl disable ssh
Əgər SSH servisinin statusu yadınızdan çıxsa bu kommanda ilə yadınıza sala eləcədə digər nəticələrə baxa bilərsiniz:
service ssh status
┌──(root㉿kali)-[~]
└─# service ssh status
● ssh.service - OpenBSD Secure Shell server
Loaded: loaded (/usr/lib/systemd/system/ssh.service; disabled; preset: disabled)
Active: active (running) since Wed 2025-02-05 10:51:38 +04; 7min ago
Invocation: e86403ff627d4103be1b43f6955abafe
Bildiyiniz kimi SSH servisinin portu susmaya görə 22 portdur.Amma təhlükəsizlik məsələləri üzrə bu port dəyişdirilə bilər buna görə SSH ilə qoşulma zamanı portu göstərməyimiz mütəq olur.
ssh username@ip -p (port nömrəsi)
Oxuduğunuz üçün təşəkkürlər! Ümid edirəm faydalı olmuşdur.
Bizi izləyin: Telegram: https://t.me/xakeraz_official