Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux`a uzaqdan bağlantını əhatə edir ancaq bağlantımız SSH şifrəsiz yerinə yetirilicək.
Şifrəsiz SSH bağlantısı
Private və public açarların sayəsində istifadəçi sistemə SSH ilə parol (şifrə) daxil etmədən bağlana bilər.Bu hətta təhlükəsiz metod sayılır ki, bu halda brute force hücumu yerinə yetirmək mümkün deyil.
Public və private açarlarla işləmək biraz yanıldıcı ola bilər.Buna görədə sistemi əvvəlcədən qurub mümkün qədər açıq aydın olmasına cəhd edəcəm.
Kliyent haqda məlumat:
- ƏS: Ubuntu Desktop
- İP: 192.168.10.33
Server haqda məlumat:
- ƏS: Kali Linux
- İP: 192.168.10.16
Əvvəlcə biz kliyent cihazımızda private və public açarlar generasiya edəcəyik.Məqsəd aşağıdakı sadalananları yerinə yetirməkdir:
- (/home/user/.ssh/id_rsa) private açarını yaradın, bu ona görə lazımdırki public açarı deşifrələyə bilək.Əgər sizin public açar kiminsə əlinə keçsə belə hosta daxil ola bilməyəcək,çünki həmin faylı private açarsız deşifrələyə bilməyəcək.
- (/home/user/.ssh/id_rsa.pub) public açarını generasiya edin.Bizə public açarı server ötürməyimiz lazımdır. Sonra isə kliyent public açarını authorized_keys` də saxlamalıdır.
İşə başladıq. Ubuntu (kliyent) cihazımızda public və private açarları generasiya edək.
ssh-keygen -t rsa -b 4096
Burada:
- -t rsa — generasiya olunacaq açarın tipini müəyyən edir.RSA populyar alqoritmlərdən biridir, amma siz də araşdırıb seçə bilərsiniz.
- -b 4096 — açarda yaradılacaq bitlərin sayını müəyyən edir.RSA alqoritmində minimum 1024, susmaya görə isə 3072-dir.
rose@xakeraz:~$ ssh-keygen -t rsa -b 4096
Generating public/private rsa key pair.
Enter file in which to save the key (/home/rose/.ssh/id_rsa):
Enter passphrase (empty for no passphrase):
Enter same passphrase again:
Your identification has been saved in /home/rose/.ssh/id_rsa
Your public key has been saved in /home/rose/.ssh/id_rsa.pub
The key fingerprint is:
SHA256:sTf3L1baDt9Nkezg1GTK/ch9d4E8v8DXtymrjGNYmIc rose@xakeraz
The key's randomart image is:
+---[RSA 4096]----+
| |
| |
| . o |
| o o O .|
| S o .O B |
| E + o+o=o*|
| + +=BX|
| . oo .*=%|
| ...o.oo**|
+----[SHA256]-----+
Diqqət yetirsəniz generasiya əməliyyatı zamanı sizdən şifrə istədi. Bu sonrakı əməliyyatların daha təhlükəsiz yerinə yetirilməsi üçün əhəmiyyətlidir.
Kliyentdə yaranan faylları tapaq və yoxlayaq:
rose@xakeraz:~/.ssh$ ls -la
total 24
drwx------ 2 rose rose 4096 Feb 7 02:06 .
drwxr-x--- 16 rose rose 4096 Feb 7 02:02 ..
-rw------- 1 rose rose 3381 Feb 7 02:05 id_rsa
-rw-r--r-- 1 rose rose 738 Feb 7 02:05 id_rsa.pub
-rw------- 1 rose rose 978 Feb 7 02:06 known_hosts
İndi public açarın kopyasını serverimiz olan Kali cihazına göndərməyə hazırıq.Bunun bir neçə üsulu vardır(SFTP,SCP,web server,email və s)
Mən isə sizə daha təhlükəsiz və sadə ülunu göstərirəm, hansıki SSH protokolunun aləti sayılır.
ssh-copy-id istifadəçiadı@KALIIP
Biz isə öz istifadəçi adımızı və İP qeyd edərək yerinə yetirək:
rose@xakeraz:~/.ssh$ ssh-copy-id [email protected]
/usr/bin/ssh-copy-id: INFO: attempting to log in with the new key(s), to filter out any that are already installed
/usr/bin/ssh-copy-id: INFO: 1 key(s) remain to be installed -- if you are prompted now it is to install the new keys
[email protected]'s password:
Number of key(s) added: 1
Now try logging into the machine, with: "ssh '[email protected]'"
and check to make sure that only the key(s) you wanted were added.
İndi isə server cihazımızda həqiqətən açarın əlavə oldunduğuna baxırıq:
┌──(root㉿kali)-[~/.ssh]
└─# cat authorized_keys
ssh-rsa AAAAB3NzaC1yc2EAAAADAQABAAACAQCRnngmrEX+nn4i/kRFW21lIKSTSaCyrZMJcV1OOrccl/+nfX0iVNktyhs61uoiajaH6myhx8ToOy9aMvTlcSkfjml4ybfUkkdy+odFJxLbfuzmY/eGeFaHWGQJm+VS7nuQ27iaRhgOfeC4e/nbbSzS0Sh0oZ/bUhAdoZ8V4IzPRSXBpVHcz2GQkXL2AaarflR5r8bUaHMdD+jFDWmw1Z5n4Vwqg2Q/xbYIMGdRAR0+9Bg6TfAKPRcRQMdnV9gYqKlmeNMf9YoriigUGhqmg4jo32dGhM1XCd4Zr5OTvGi2IjQfY/vILc44tIH3T6QzGllGCstTXwtELTYmAGFbrzvKrpzRh39ViKiRe54GyIeQaVxZ45aF7/392ZzcjFFhQ6oOLzoBhzHhf4uXjAnc3SezdZWKQsdzuVaeWDYJwgpu7Y2cxVCdLxi+DIhNWkPI96cCbWro9nNxZ0QQCu9x55jED/8/Y5aGoJFyNHCRagwqDQOwTlakj2ah8puA+H+mJBH0bKRiu+H8LDiHI/mPrPFMI56W/Cwj/YuzcAX8nMvqZfjRyuCAhlKo1+71vOFHf4FxwkUZO226N2c2z/q0pZRlKy7aD6Eg3IxbsZVkI0CC9w/VGMR6CI0LWJ7ORdL2oUL9eQoPU7Ltup8p642oX4TfiSPETUq/F2gUbmouma0Miw== rose@xakeraz
İndi isə bizə public açar ilə daxil olmağımızı icazə verməsi üçün konfiqurasiya faylını redakte edirik.(/etc/ssh/sshd_config):
PubKeyAuthentication yes
PasswordAuthentication no
Qeyd: Bu dəyişikliyi etdikdən sonra SSH xidmətini yenidən çalışdırmaq lazımdır.
İndi isə şifrəsiz SSH bağlantımızı test edək:
rose@xakeraz:~/.ssh$ ssh [email protected]
Linux kali 6.11.2-amd64 #1 SMP PREEMPT_DYNAMIC Kali 6.11.2-1kali1 (2024-10-15) x86_64
The programs included with the Kali GNU/Linux system are free software;
the exact distribution terms for each program are described in the
individual files in /usr/share/doc/*/copyright.
Kali GNU/Linux comes with ABSOLUTELY NO WARRANTY, to the extent
permitted by applicable law.
Last login: Fri Feb 7 02:19:25 2025 from 192.168.10.33
┌──(root㉿kali)-[~]
└─#
Nəhayət SSH ilə şifrəsiz public açar istifadə etməklə serverə daxil ola bildik!
Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Bizi izləyin: Telegram: https://t.me/xakeraz_official