Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında faylların axtarılması kommandalarını əhatə edəcəyik.
Faylların axtarılması
Kali ƏS-də faylların axtarılmasının bir neçə üsulu vardır, əsasən bu 3 üsuldan istifadə olunur: locate, find, which.
Faylların tez bir zamanda axtarıllıb tapılması üçün locate kommandasından istifadə edə bilərsiniz. Siz bilməlisizki bu kommanda özünün əvvəlcədən hazırladığı verilən bazasından istifadə edirki buda onu tez işləməyinə və faylın tez tapılmasına kömək edir.
Locate kommandası ilə axtarışdan əvvəl verilənlər bazasını yeniləmək lazımdır.
updatedb
İndi biz locate komandası ilə axtarış edə bilərik.
locate (axtarılan faylın adı)
Biz -n parametrindəndə istifadə edə bilərik əgər biz nəticələrin sayını az görmək istəyiriksə.
locate -n (say) (fayl adı)
Axtarış zamanı fayl maskalarından da istifadə etmək mümkündür.

Faylın yolunu öyrənmək üçün which kommandasından istifadə edin. O $PATH dəyişən mühitindən istifadə edir və sizin sorğunuza cavab verir.Məs: Python harda quraşdırıldığını öyrənmək üçün aşağıdakı kommandanı icra etmək lazımdır.
which (tətbiqin adı)
Başa düşmək lazımdır ki Linux öz ikilik fayllarını icrə etmək üçün $PATH istifadə edir. Terminala $PATH yazsaq bizim proqramları icra edəcəyi və bizim onları harda saxlamalı olduğumuz kataloqları göstərəcəkdir.

Yenə bir faydal kommanda find-dir.Bu kommandan faylların daha dərin və daha ətraflı axtarışını təmin edir.Üstünlüyü əlbəttə ətraflı filtrlərin tətbiq etmək imkanıdır.Məs: rose.txt faylının /root kataloqunda axtarmaq üçün:
find /root -name "rose.txt"
Tutaqdaki siz sistemdə həcmi 1 Gb böyük fayl axtarışı etmək istəyirsinizsə:
find / -size +1G 2>/dev/null
Qeyd: “2>/de/null” yazısının sətr sonuna əlavə edilməsi xətaların filtrlənməsi və nəticəni təmizləyir.
Aşağıda isə Linux Privilege Escalation bölməsinə aid və icazə artırma hücumlarında istifadə olunan setuid fayllarının rahat axtarışı görürsünüz.
find / -perm -u=s -type f 2>/dev/null

Oxuduğunuz üçün təşəkkürlər!!