Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında part 3 əhatə edən qrup və şifrələrin idarə edilməsi mövzusuna toxunacayıq.
Qrupların idarə edilməsi kommandaları
Kali Linux əməliyyat sistemində yeni qrup yaratmaq üçün “groupadd” kommandasından istifadə olunur.
groupadd (qrupun adı)
Bizim kommandamız isə belədir:
sudo groupadd roses
Yeni yaratdığımız “roses” qrupuna hər hansı bir istifadəçini əlavə etmək üçün “usermod” kommandasından istifadə olunur:
usermod -aG (qrupun adı) (istifadəçi adı)
Bizim kommandamız:
sudo usermod -aG roses rose
Yazdığımız kodun mənası odurki biz “rose” adı istifadəçini əvvəl yaratdığımız “roses” qrupuna daxil edirik.
Kali əməliyyat sistemində bütün qrupların məlumatlarını əldə etmək üçün “/etc/group” faylı oxunur (etc kataloqu haqqında əvvəlki paylaşımımda bəhs etmişdik link: Pentesterin Gündəliyi Part 1- Kali Linux fayl sistemi – XAKER.AZ):
cat /etc/group
Kali Linuxda şifrələrin idarə edilməsi
Kali Linux əməliyyat sistemində hər hansı yüksək icazəli prosesi yerinə yetirmək üçün root icazəsi olması mütləqdir.Əgər root istifadəçisinin parolu yaddan çıxmışsa kali ilə daxil olaraq “passwd” kommandası ilə root istifadəçisinin parolunu dəyişə bilərsiniz.
sudo passwd root
Parolu dəyişdik indi isə root kimi kommanda icra etmək üçün root olmalıyıq növbəti kommanda:
sudo su root
Kommandası icra olunduqdan sonra görə bilərik biz artıq root icazəsinə sahibik və yüksək icazəli prosesləri yerinə yetirə bilərik.
Yəqinki sizdə Kali əməliyyat sistemində bütün istifadəçiləri parollarına baxmaq istəmisiz bu isə /etc/shadow faylının oxunması ilə baş verir(Bu fayla əvvəlki paylaşımda toxunmuşduq).”cat” kommandası ilə faylı oxuyuruq və bizə lazım olan istifadəçinin şifrəsinin hashini əldə edirik.
cat /etc/shadow
Burda bir 3 və daha çox qoşa nöqtə görə bilərik.Gəlin mənasını öyrənək. Hər bir qoşa nöqtə yazını hissələrə ayırır.
Yazı “$6$” ilə başlayırsa bu şifrənin SHA-512 ilə hashlendiyini bildirir.Nəhayət şifrənin hash formatı “$6$” bununla başlayıb növbəti ayırıcı qoşa nöqtəyə qədərki hissədir.
Oxuduğunuz üçün təşəkkürlər inanıram faydalı olmuşdur.Təşəkkürlər!