Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində istifadəçi daxiletmələri haqqında məlumat əldə edəcəyik.Ümumi olaraq kommandalar və işləmə prinsipi ilə tanış olacayıq.
İstifadəçi daxiletmələri
Bash dilində istifadəçi ilə qarşılıqlı təsirdə olmağın bir yolu oxuma funksiyasından istifadə etməkdir.Nəzəri olaraq başa salmaqdansa elə nümunə kod üzərində daha aydın görünəcəkdir.Aşağıdakı nümunə kodda istifadəçinin adı, soyadı məlumatlarını əldə edir və onları bir yerdə istifadə edərək nəticə olaraq ekrana yazır.
#!/bin/bash
read -p "Adınız daxil edin:" FIRSTNAME
read -p "Soyadınızı daxil edin:" FIRSTNAME
printf "Sizin tam adınız: $FIRSTNAME $LASTNAME\n"
Kodun icra edilməsi üçün sadəcə olaraq faylın adı istifadə olunaraq yazılır.Hər hansı bir parametr ehtiyacı yoxdur.Kodun icrası zaman isə bizdən uyğun olaraq ad və soyadımızı girməyimizi istəyəcəkdir.
root@kali:~# nameprint.sh
Adınız daxil edin: Rose
Soyadınızı daxil edin: XAKER
Sizin tam adınız: Rose XAKER
Beləcə nameprint.sh faylıın nəticəsinin əldə etdik. Bunun digər bir yolunu siz növbəti paylaşımda görəcəyik.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat