Pythonda Dəyişənlər, Ədədlər və Arifmetik Operatorlar
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda Dəyişənlər hansılardır? Pythonda dəyişənlərin növləri hansılardır? Ədədlər və Arifmetik operatorlar nələrdir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Dəyişənlər
Dəyişənlər bütün proqramlaşdırma dillərində istifadə olunur,həmçinin Python dilində dəyişənlərdən istifadə olunur.Dəyişənlərin tətbiqinin əsas məqsədi müvəqqəti verilənlərin yaddaş saxlanılmasıdır.
Python proqramlaşdırma dilində dəyişənlərin bir neçə növü vardır. Ən çox yayılmış dəyişən növləri aşağıda göstərilmişdir:
- ədədlər (Numbers) — ədəd tipli informasiyanı saxlayır.
- mətn (Strings) — mətn tipli informasiyanı saxlayır.
- siyahı (Lists) — dəyərlərin siyahısını saxlayır (massiv)
- Kortej (Tuples) — massiv informasiyasını yalnız oxumaq üçün saxlayır.
- lüğət (Dictionary) — məlumatları
açar -dəyərşablonu ilə saxlayır.
Ədədlər
Ədəd tipli informasiyalar Numbers dəyişənlərində saxlanılır.İndi isə Python dilində ədədlərin saxlanılması misalı aşağıda göstərilmişdir.İlk öncə skan etmək istədiyimiz portu istifadəçidən alacayıq və onu kommanda sətrinə yazacayıq. Kommanda sətrinə yazmazdan əvvəl onu str kommandasından istifadə edərək onu mətn tipli informasiyaya çevirmək lazımdır. İstifadə olunan + işarəsi isə mətn tipli informasiyaları birləşdirmək (konkatinasiya) üçün tətbiq edilir.Digər sözlərlə deyə bilərik ki, ədəd tipli informasiya ilə mətn birləşdirmək mümkün deyildir. Əlavə etmək üçün isə mütləq onu mətn tipli informasiyaya çevirmək lazımdır. Misalımızda bunu str funksiyası ilə yerinə yetirdik.
port_number= 80
print ("Daxil edilen port nomresi --> "+str(port_number))
Yuxarıdakı skripti Vs code proqramını açıb yeni fayl yaradaraq daxil edin və F5 düyməsinə və ya Run dedikdən sonra skriptin nəticəsini görə bilərsiniz.
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Daxil edilen port nomresi --> 80
Arifmetik Operatorlar
Bir neçə skriptlərin yazılmasından ədəd tipli informasiylar üzərində hesablamalar yerinə yetirəcəyik. Hesablamalar Arifmetik operatorların sayəsində həyata keçirilir. Aşağıda Arifmetik operatorların siyahısı göstərilmişdir.
| Operator | Adı (AZ) | İzahı | Nümunə (a=10, b=3) | Nəticə |
|---|---|---|---|---|
+ | Toplama | İki ədədi toplayır | a + b | 13 |
- | Çıxma | Bir ədəddən digərini çıxır | a - b | 7 |
* | Vurma | İki ədədi bir-birinə vurur | a * b | 30 |
/ | Bölmə | İki ədədi bir-birinə bölür (float nəticə verir) | a / b | 3.3333 |
// | Tam bölmə | İki ədədi bölür və tam hissəsini qaytarır | a // b | 3 |
% | Qalıq (Modulus) | İki ədədin bölünməsində qalanı qaytarır | a % b | 1 |
** | Üst alma (Exponentiation) | Bir ədədin digərinin qüvvətinə yüksəldilməsi | a ** b | 1000 |
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat