Pythonda Praktika, Python Shebang və Şərhlərin İstifadəsi
Python nədir? Python proqramlaşdırma dili nədir? Python shebang nədir? shebang nədir? pythonda şərhlərin istifadəsi?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Pythonda Praktika
Biz əvvəlki paylaşımda Python İDE mühitini quraşdırmışdıq. Əgər həmin paylaşıma nəzər yetirməmisinizsə, baxmağınız məsləhətdir:
Python ilə praktika etmək üçün Python 3 versiyasından istifadə edəcəyik.Versiya 2 artıq dəstəklənmir, əgər versiya 2-də yazmaq istəsəniz bu problem deyildir. Versiya 2 bəzi sintaksis fərqləri vardır. Pythonda tez bir şəkildə praktika etmək üçün nə etməliyik? Cavabı çox sadədir terminal ekranında python3 yazmaqla python interpratatorunu açaraq praktika edə bilərik. (Əgər sadəcə python yazsanız o zaman Python versiya 2 interpratatoru açılacaqdır.)
┌──(root㉿kali)-[~]
└─# python3
Python 3.13.3 (main, Apr 10 2025, 21:38:51) [GCC 14.2.0] on linux
Type "help", "copyright", "credits" or "license" for more information.
>>> mesaj = "Hello World From XAKER.AZ"
>>> print (mesaj)
Hello World From XAKER.AZ
>>> exit();
Siz burada tez bir şəkildə nəyi test etmək istəyirsinizsə, həll edə bilərsiniz. mesaj adında yeni mətn tipli dəyişənə mətn təyin edirik. Daha sonra mesajı print kommandası ilə yazdırırıq və exit() kommandası ilə interpratatoru bağlayırıq.
Python skriptlərinin fayl genişlənməsi .py (python) olur.
Python Shebang
Şebang (Shebang) vasitəsi ilə Python lokal hostda olan interpratator faylına çıxış əldə edir.Yəni skriptin python faylı kimi icra olunması və versiyasının təyin edilməsi üçün istifadə olunur. Shebang python skriptinin ən başında təyin edilməlidir. Məsələn belə:
#!/bin/python3
msg = "XAKER.AZ"
print (msg)
Yuxarıdakı Python skriptində biz Kali Linux əməliyyat sisteminə Python 3 istifadə etməsini təyin edirik. Həmçinin bu kodu digər şəxslərlə paylaşdığımız zaman onlarda kodun python 3 də yazıldığını başa düşəcəklər. Python skriptlərində shebang əlavə etmək mütləq deyildir, amma yuxarıda izah olunan məsələlərə görə shebang əlavə etmək məsləhətdir.
Pythonda Şərhlər
Python skriptlərinə şərh əlavə etmək üçün diyes işarəsi (#) istifadə olunmalıdır. Bəs deyə bilərsiniz ki, Shebang yazdığımız zaman o diyes işarəsi ilə başlayır, bu o deməkdir ki, həmin sətir şərhdir? Cavab olaraq isə bu bir istisnadır, shebang istifadəsində başqa bütün digər yerlərdə diyes işarəsi şərhi bildirir.
Məsələn:
#!/bin/python3
#msg deyisenine metn teyin edirik
msg = "XAKER.AZ"
#msg deyisenini cap edirik
print (msg)
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat