Pythonda Modulların İmport Edilməsi və Kommanda Sətrindən Arqumentlərin İşlənməsi
Python nədir? Python proqramlaşdırma dili nədir? Pythonda modulların import edilməsi necədir? Kommanda sətrindən Arqumentlərin işlənməsi necə həyata keçirilir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Əgər birbaşa bu paylaşıma gəlmisinizsə, sizə əvvəlki paylaşımdakı məlumatlar ilə tanış olmağınızı məsləhət görürəm!
Modulların İmport Edilməsi
Python proqramlaşdırma dilində bilinməli olan əsas nəzəriyələrdən biri şərtlərdən və dövrlərdən sonra yeni sətrin bir qədər sağdan yazılmasıdır. Buna tabulyasiya deyili və qısaca TAB düyməsindən istifadə etməklə həyata keçirilir. Bu məsələni daha yaxşı başa düşmək üçün, səhvlərin tutulmasını həyata keçirən try/except funksiyasını tətbiq edəcəyik. Beləki try və except əmrlərindən sonra sətr bir qədər sağdan yazılmalıdır, funksiya faylı daxil edilməsində səhvləri ələ keçirmək üçün istifadə olunacaqdır. Səhv olduğu zaman skript çökməyəcək əvəzinə səhv haqqında məlumat göstərib yenidən davam edəcəkdir.
2-ci Python dilində bilinməli olana nəzəriyə isə modulların (kitabxanaların) import edilməsidir.Modullar – Python dilində yazılmış olan kitabxanalardır ki, biz onları python skriptlərində istifadə edirik. Məsələn səhv olması zamanı siz proqramı bağlamaq istəyirsiniz. Bunu yerinə yetirmək üçün isə sys.exit() funksiyasından istifadə etməliyik və funksiyanın işləməsi üçün sys kitabxanası import edilməlidir.
#!/bin/python3
import sys
try:
# Buradan artiq TAB istifade olunur
open_file=open("list.txt")
print("File ugurla acildi")
except:
#TAB istifade olundu
print("File acilmadi,Error var!")
sys.exit()
Məlumatın Daxil Edilməsi və Çap Edilməsi
Python proqramlaşdırma dilində biz terminal ekranı vasitəsi ilə məlumat daxil edə bilərik.Bu əməliyyatı yerinə yetirmək üçün input funksiyasından istifadə etməli və əldə olunan məlumatı bir dəyişəndə yadda saxlamalıyıq.Əgər siz Python 2 versiyasından istifadə etmək istəyirsinizsə, onda raw_input funksiyasından istifadə etməlisiniz. raw_input funksiyası daxil edilən məlumatları mətn tipində yadda saxlayır. Amma Python 3 versiyasında isə interpratator verilənin tipini özü dinamik olaraq təyin edir.
Məlumatın çap edilməsi üçün bir çox hallarda print funksiyasından istifadə edəcəyik. İndi isə nümunə bir skriptə baxaq:
#!/bin/python3
ip_address=input("Skan edilmesini istediyin IP ADRESINI YAZ: ")
print("IP ADDRESS --> "+ ip_address)
Skript ip _address dəyişəninə daxil edəcəyimiz ip adres məlumatını daxil edir. 2-ci sətirdə print funksiyası ilə məlumatı çap edirik. Nümunə skriptin icrası aşağıdakı kimidir:
┌──(root㉿kali)-[~]
└─# /usr/bin/python /root/Desktop/Scripts/test.py
Skan edilmesini istediyin IP ADRESINI YAZ: 192.168.10.10
IP ADDRESS --> 192.168.10.10
Arqumentlərin İşlənməsi
Yuxarıdakı hissədə biz istifadəçidən məlumatın interaktiv olaraq daxil edilməsini öyrəndik. Hər zaman məlumatlar belə daxil edilmir, məlumatın daxil edilməsi üçün kommanda sətrindən arqumentləri əldə edə bilərik. Bunun üçün sys.argv funksiyasından istifadə edəcəyik. sys.argv funksiyasının ilk indeksi, argv[0] skriptin adını verəcəkdir, digərləri isə bizə lazım olan məlumatları verəcəkdir.
#!/bin/python3
import sys
print("Tetbiqin adi --> %s" % (sys.argv[0]))
print("Tetbiqin ilk arqumenti --> %s" % (sys.argv[1]))
Bu skriptin icrası 13rose arqumentin iştirakı ilə aşağıdakı kimi görünəcəkdir.
┌──(root㉿kali)-[~/Desktop/Scripts]
└─# python3 test.py 13rose
Tetbiqin adi --> test.py
Tetbiqin ilk arqumenti --> 13rose
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat