Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Bash Dili Seriyasında Bash dilində funksiyalar haqqında məlumat əldə edəcəyik.Funksiyaların tətbiqini əvvəlki paylaşımda yerinə yetridiyimiz kalkulyator skripti üzərində edək.
Funksiyalar
Funksiyalar- Bash proqramlaşdırma dilində (digər dillərdə də) məntiqi əlaqəyə uyğun kod bloklarını yerləşdirmək üçün , eləcədə yersiz təkrarlanmaların qarşınsı almaq üçün istifadə olunur.Əvvəlki paylaşımımızdakı kalkulyator skriptini buna uyğun hala edəcəyik ki, (refaktoring) o daha yaxşı görsənsin.
Əvvəlki kalkulyator skripti:
#!/bin/bash
# 5 verilən ədədləri cəmləyən sadə kalkulyator
#Birinci verilən parametri NUM1 dəyişəninə təyin edirik
NUM1=${1:-0}
#İkinci veriləni parametri NUM2 dəyişəninə təyin edirik
NUM2=${2:-0}
#Üçüncü veriləni parametri NUM3 dəyişəninə təyin edirik
NUM3=${3:-0}
#Dördüncü veriləni parametri NUM4 dəyişəninə təyin edirik
NUM4=${4:-0}
#Beşinci veriləni parametri NUM5 dəyişəninə təyin edirik
NUM5=${5:-0}
#İki veriləni cəmləyirik və TOTAL dəyişəninə təyin edirik
TOTAL=$(($NUM1 + $NUM2 + $NUM3 + $NUM4 + $NUM5 ))
echo '####################'
printf "%s %d\n" "Toplam olaraq:" $TOTAL
echo '####################'
Refaktorinq əməliyyatından sonra kalkulyator skripti:
#!/bin/bash
# 5 verilən ədədləri cəmləyən sadə kalkulyator
###Qlobal dəyişənlər####
#Birinci verilən parametri NUM1 dəyişəninə təyin edirik
NUM1=${1:-0}
#İkinci veriləni parametri NUM2 dəyişəninə təyin edirik
NUM2=${2:-0}
#Üçüncü veriləni parametri NUM3 dəyişəninə təyin edirik
NUM3=${3:-0}
#Dördüncü veriləni parametri NUM4 dəyişəninə təyin edirik
NUM4=${4:-0}
#Beşinci veriləni parametri NUM5 dəyişəninə təyin edirik
NUM5=${5:-0}
### 2-ci hisse ###
function print_custom(){
echo $1
}
function add(){
#Əvvəlcədən yığılmış verilənlər toplanması
TOTAL=$(($NUM1 + $NUM2 + $NUM3 + $NUM4 + $NUM5 ))
}
function print_total(){
echo '################################'
printf "%s %d\n" "Toplam olaraq:" $TOTAL
echo '################################'
}
#### 3-cu hisse ###
print_custom "Sadə Kalkulyator Skripti"
add
print_total
Bu skriptə 3 yerə bölərək baxa bilərik:
- Birinci hissə qlobal dəyişənləri təyin edirik.Dəyişənlər yaracadığımız bütün funksiyalar daxilində istifadə edə bilərik.Məs: təyin etdiyimiz NUM dəyişənlərini add funksiyasının daxilində tətbiq edə bilərik.
- 2-ci hissədə skriptimizi məntiqi hissələrə bölərək funksiyalar yaradırıq. print_custom funksiyası sadəcə olaraq biz verdiyimiz veriləni çap edir.Bunun üçün biz $1 parametrindən istifadə edirik və “Sadə Kalkulyator Skripti” mətn tipli informasiyanı çap edir.
- 3-cü hissədə isə biz məntiqi əlaqəyə uyğun olaraq funksiyalarımıza müraciət edirik.
Uyğun parametrləri və sazlamaları etdikdən sonra aşağıdakı nəticə alınır.
┌──(root㉿kali)-[/opt]
└─# ./rosecalc.sh 1 2 3 4 5
Sadə Kalkulyator Skripti
################################
Toplam olaraq: 15
################################
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Telegram (Qrup): https://t.me/xakerazchat