HASHCAT Hücum Növləri - Lüğət Hücum Növü (Praktiki izahla)
Hashcat nədir? Hashcat nə üçün istifadə olunur?Hashcat hücum növləri hansılardır? Hashcat lüğət qaydaları hansılardır?Best64 qaydası nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Hücum növləri
Hashcat aləti ilə hücumları bir neçə növdə yerinə yetirmək mümkündür.Biz əvvəlki paylaşımda hashcat istifadə edərkən -a 0 yəni lüğət hücum növünü tətbiq etmişik və artıq bununla tanışıq. Ümumi olaraq aşağıdakı hücum növləri vardır:
- Növ 01 (-a 0) : biraşa/lüğət/siyahı
- Növ 02 (-a 1) : kombinatorika məntiqinə əsasən (siyahıların birləşdirilməsi)
- Növ 03 (-a 3) : mask üzrə / brute force
- Növ 04 (-a 6) : hibrid = lüğət və mask
- Növ 05 (-a 7) : hibrid = mask + lüğət
Birbaşa (Lüğət) rejimi
Bu rejimdə hash sındırmaq əməliyyatını yerinə yetirmək üçün lüğət faylından istifadə edəcəyik.Rejim birbaşa adlanır,yəni əlavə heç bir dəyişiklik olmur. Birbaşa hücum növünü yerinə yetirmək üçün hashcat alətinə -a 0 parametrindən istifadə etməliyik. Bizim kodumuz aşağıdakı struktura uyğun olaraq tətbiq ediləcəkdir.
hashcat -a 0 -m (hash tipi) -o (Nəticə faylı) (hash faylı) (lüğət faylı)
Böyük lüğətlərin yaradılması
İlkin olaraq parol hücumlarında rockyou.txt faylından başlayacaqsınız. Daha mürəkkəb parol hücumların yerinə yetirilməsi üçün lüğət faylın həcmi 15Gbdən az olmamalıdır.Bəs bu qədər böyük faylı necə endirə bilərik? Problemin həlli lüğətləri endirərək onları birləşdirmək lazımdır.
Əvvəlcə bütün lüğət fayllarını bir qovluq altında yükləyin. Aşağıdakı bir kommanda ilə biz bütün faylları birləşdirə bilərik.
cat * > boyukluget.txt
Əldə etdiyimiz boyukluget.txt faylında bir neçə lüğətlərdən eyni parollar olan dubikatlar mövcuddur. Bunu həll etmək üçün aşağıdakı kommanda ilə lüğəti səliqəyə sala və dublikatları (təkrarlanmaları) silə bilərik.
sort boyukluget.txt | uniq > luget.txt
Lüğət qaydaları
Lüğət ilə hücum zamanı biz lüğət qaydalarından istifadə edərək hücumu daha da effektiv edə bilərik.Lüğət qaydaları hashcat alətinin əsas kataloqunda saxlanılır.Beləliklə qaydalar bizə parolu hücumu zamanı daha çox kombinasiya edərək hücumu effektiv edir.Bəs biz hansı qaydalardan istifadə etməliyik?
Bir çox möhtəşəm və faydalı qaydalar mövcuddur. Nə qədər lüğət qaydalar tətbiq edilirsə, əməliyyatın müddəti də artır. Məsləhət görülən və daha effektiv qayda Best64-dür. Həmçinin digərləri:
- Best64
- rockyou-30000
- Generated 2
Nümunə:
NTLM hashini Best64 qaydası ilə sındırmağa çalışaq.
hashcat.exe -a 0 -m 1000 hash.txt rockyou.txt -r /rules/best64.rule
209c6174da490caeb422f3fa5a7ae634:admin
Session..........: hashcat
Status...........: Cracked
Hash.Mode........: 1000 (NTLM)
Hash.Target......: 209c6174da490caeb422f3fa5a7ae634
Time.Started.....: Fri Jun 20 13:28:32 2025 (0 secs)
Time.Estimated...: Fri Jun 20 13:28:32 2025 (0 secs)
Kernel.Feature...: Pure Kernel
Guess.Base.......: File (rockyou.txt)
Guess.Mod........: Rules (rules/best64.rule)
Guess.Queue......: 1/1 (100.00%)
Speed.#1.........: 161.0 MH/s (10.18ms) @ Accel:128 Loops:77 Thr:64 Vec:1
Speed.#2.........: 0 H/s (10.16ms) @ Accel:8 Loops:38 Thr:64 Vec:1
Speed.#*.........: 161.0 MH/s
Recovered........: 1/1 (100.00%) Digests (total), 1/1 (100.00%) Digests (new)
Progress.........: 1892352/1104517722 (0.17%)
Rejected.........: 0/1892352 (0.00%)
Restore.Point....: 0/14344386 (0.00%)
Restore.Sub.#1...: Salt:0 Amplifier:0-77 Iteration:0-77
Restore.Sub.#2...: Salt:0 Amplifier:0-38 Iteration:0-38
Candidate.Engine.: Device Generator
Candidates.#1....: 123456 -> 202020
Candidates.#2....: 280789 -> aaro123
Hardware.Mon.#1..: Temp: 52c Util: 0% Core:1514MHz Mem:3504MHz Bus:4
Hardware.Mon.#2..: N/A
Gördüyümüz kimi best64 qaydasından istifadə edərək biz parolu sındıra bildik.
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat