HASHCAT Hücum Növləri – Kombinatorika Məntiqi(Praktiki izahla)
Hashcat nədir? Hashcat nə üçün istifadə olunur?Hashcat hücum növləri hansılardır? Hashcat kombinatorika məntiqi nədir?Hashcat lüğətlərin birləşdiriməsi nədir?
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Kombinatorika Məntiqi
Kombinatorika adından da görsəndiyi kimi bir neçə fayl və ya lüğətlərin hesabına kombinasiya yaradır. Kombinatorika məntiqi ilə hücum zamanı iki lüğət və ya siyahıdan istifadə edəcəyik. Məsələn:
hashcat -a 0 -m 1000 hash.txt /usr/share/wordlists/rockyou.txt mydictionary.txt
Biz bu iki siyahı faylını birləşdirdik: rockyou.txt və mydictionary.txt. Bəs kombinatorika hücum növü bu faylları necə birləşirəcək? Bunu etmək üçün nümunə olaraq iki siyahı faylını istifadə edəcəyik. Əməliyyat ətraflı şəkildə aşağıdakı kimi olacaqdır:
dictionary1.txt
Elliot
Rose
Test
dictionary2.txt
1234
7777
Kombinatorika əməliyyatının sonrası parol sındırma hücumunda istifadə ediləcək parollar aşağıdakı kimi olacaqdır.
Elliot1234
Elliot7777
Rose1234
Rose7777
Test1234
Test7777
Kombinatorika-da qayda tətbiqi
Kombinatorika məntiqi ilə hücum növündə kombinasiya prosesinə biz qaydalar tətbiq edə bilərik. Hər tətbiq edilən qayda ya sol yada ki sağ tərəfdə yazılan lüğətə tətbiq ediləcəkdir. Sol və ya sağ tərəfdə yerləşən lüğətlərə qayda tətbiq etmək üçün aşağıdakı parametrləri bilməliyik.
- -j və ya –rule-left – qayda sol tərəfdə yerləşən siyahıda hər bir sözün sonuna tətbiq ediləcəkdir.
- -k və ya –rule-right – qayda sağ tərəfdə yerləşən siyahıda hər bir sözün sonuna tətbiq ediləcəkdir.
Əlavə olaraq sözlərə qayda təyin etmək üçün $ simvolu tətbiq olunacaq və ona görə əlavə ediləcək məlumat yerləşdiriləcəkdir.Məsələn: -j $– ifadəsi birinci faylın daxilində bütün sözlərin sonunan – (tire) işarəsi əlavə edəcəkdir.
Yuxarıdakı istifadə etdiyimiz 2 siyahıdan istifadə edərək qaydaları aşağıdakı kimi tətbiq edə bilərik.
hashcat -a 0 -m 1000 hash.txt dictionary1.txt dictionary2.txt -j '$-' -k '$!'
İcra etdiyimiz kommandanın nəticəsi belə olacaqdır. Sol tərəfdə yerləşən siyahıın sözlərinin sonuna – işarəsi, sağ tərəfdə yerləşən siyahının sözlərinin sonuna isə ! işarəsi əlavə ediləcəkdir.
Elliot-1234!
Elliot-7777!
Rose-1234!
Rose-7777!
Test-1234!
Test-7777!
Ümid varam faydalı olmuşdur! Oxuduğunuz üçün təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat