Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün Web pentest və web boşluqların tapılması başlığı altında bizim testlərimizi yerinə yetirəcəyimiz Mutillidae serverini quraşdıracayıq.Muttilidae web pentest və web boşluqların öyrənilib, praktiki yerinə yetrimək üçün əla mühitlərdəndir.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Proses haqqında
Veb saytların server tərəfi müxtləlif proqramlaşdırma dillərində yazılmışdır.Bu proqramlaşdırma dillərindən populyar olanları bunlardır: PHP,C# və .NET-dir.Biz veb saytla qarşılıqlı əlaqədə olanda biz saytın istifadəçi tərəfi ilə frontend ilə qarşılaşacayıq, hansı ki saytın bu hissəsi JavaScript əsaslı Angular, React ilə hazırlanır və CSS ilə sayta müəyyən dizayn verilir.
Bir kiber təhlükəsizlik mütəxəsisi, pentester kimi biz veb saytların boşluqların əsasını bilməliyik.Bundan əlavə biz veb saytların yaradılmasını öyrənməli və onu tətbiq etməyi bacarmalıyıq.Biz hədəf ssayta sadəcə skanerlər ilə skan edərək müəyyən boşluqları təyin edib yetinməli deyilik bir professional kimi müyyən boşluqları özümüz təyin etməli və yoxlamalıyıq.Bunun üçün hər hansı bir proqramlaşdır dilindən istifadə etməyi öyrənməliyik.
Mutillidae Quraşdırılması
Biz bu paylaşım seriyasında veb boşluqları və veb yönümlü pentestləri həyata keçirmək öz labımızı qurmalıyıq və bunun üçün Mutillidae veb tətbiqini və Ubuntu (VM) serverinə ehtiyacımız vardır.Quraşdırma üçün Dockerdən də istifadə edə bilərik ancaq veb saytın və serverin özümüz quraşdırmağımız bizim işimiz üçün yaxşı bir praktika olacağını düşünürəm. Quraşdırma mərhələləri aşağıdakılardır:
- Veb serverin quraşdırılması
- Şəbəkinin konfiqurasiya edilməsi
- PHP quraşdırılması
- Tətbiqin və verilənlər bazasının quraşdırılması
Apache veb serverin quraşdırılması
Veb saytın yerləşməsi üçün veb server quraşdırılmalıdır və aşağıdakı kommandalar ilə bunu yerinə yetirə bilərik:
apt update && apt upgrade
apt install-y apache2 apache2-utils
a2enmod rewrite
systemctl restart apache2
systemctl enable apache2
Şəbəkinin konfiqurasiya edilməsi
Veb serverin quraşdırılması sonrası biz şəbəkəni konfiqurasiya etməliyik. Testlərimiz sırasında Ubuntu cihazın firewall tərəfindən istəklərimizin bloklanmasını istəmirik.Ubuntu cihazında iki cür firewall vardır:
- iptables
- ufw
Testlərimizin düzgün getməsi üçün biz bu firewalları http sorğularına icazəsini verəcəyik.
iptables -İ İNPUT -p tcp --dport 80 -j accept
ufw allow http
PHP quraşdırılması
PHP- bu həmin saytın yazıldığı dildir. Bunu bilərək saytı düzgün işləməsi üçün onun modullarını yükləməliyik.
sudo apt install php libapache2-mod-php php-mysql
Verilənlər bazasının quraşdırılması
Verilən saytın yəni Mutillidae saytının verilənlər bazası MySQL üzərində qurulub və biz sayt üçün MariaDB verilənlər bazasını quracayıq.
apt install mariadb-server mariadb-client -y
systemctl enable mariadb
Veb saytın bizim verilənlər bazasına daxil olmaq üçün bəzi icazələri dəyişməli və aşağıdakı konfiqurasiyaları yerinə yetirməliyik.
mysql -u root
use mysql;
update user set authentication_string=PASSWORD('mutillidae') where user='root';
update user set plugin='mysql_native_password' where user='root';
flush privilges
exit
Yuxarıda sorğularda biz root istifadəçisinin parolunu mutillidae olaraq dəyişdik
Mutillidae quraşdırılması
Artıq serverimizdə bütün kompenentlər yüklənib və hazır vəziyyətdədir, artıq tətbiqin özünü yükləyə bilərik.Githubdan kodlarını /var/www/html qovluğuna yerləşdiririk.
cd /var/www/html
apt install git -y
git clone https://github.com/webpwnized/mutillidae.git
systemctl restart apache2
Tətbiqə daxil olmaq üçün Ubuntu cihazında locahost/mutillidae adresinə digər cihazlardan isə ip adresi ilə daxil ol bilərik.
İlk səhifəyə daxil olduqda verilənlər bazası ilə əlaqədar problem olduğunu deyə bilər.Setup/Reset The DB səhifəsindən Reset DB seçəcərək OK klikləyin.

Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat