Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux əməliyyat sistemində paketlərin idarə olunması kommandalarını öyrənəcəyik.
Paketlərin idarə olunması
Kali Linux ƏS güncəlləmə etməzdən əvvəl bilməli olduğunuz bir şey vardırki, bu da Kali repolarının konfiqurasiya faylı /etc/apt/source.list də yerləşir.
┌──(root㉿kali)-[~]
└─# cat /etc/apt/sources.list
# See https://www.kali.org/docs/general-use/kali-linux-sources-list-repositories/
deb http://http.kali.org/kali kali-rolling main contrib non-free non-free-firmware
# Additional line for source packages
# deb-src http://http.kali.org/kali kali-rolling main contrib non-free non-free-firmware
Kali əməliyyat sistemini güncəlləmək üçün əvvəlcə “update” sonra isə “upgrade” kommandasından istifadə edin.Diqqətə almalı olduğunuz bir məsələ vardır ki , bu kommandalar zəruri yükləmələri həyata keçirərkən əvvəl bəhs etdiyimiz konfiqurasiya faylından istifadə edəcəklər.
apt update
apt upgrade -y
Biz -y parametr ilə proqramların bu proqramı yükləmək istəyirsinizmi sualına bəli deyərək cavab veririk.Qısası əvvəlcədən -y parametri ilə hər dəfə “y” hərfini yazmaqdan özümüzü xilas edirik.
Bəs update ilə upgrade arasında fərq nədir? Bu sual yeni başlayanları dəridən qabıqdan çıxaran sualdır, amma biz buna sadə bir izah verəcəyik.
“update” kommandası paketlərin siyahısını yeniləyir ancaq hər hansı bir proqram və ya paketi endirmir, quraşdırmır.
“ugrade” kommandası isə “update” kommandası ilə əldə edilmiş siyahı sayəsində paketlərin son versiyasını edirir və quraşdırır.
Bu iki kommandanı bir yerdə istifadə etmək üçün “&&” işarəsindən istifadə olunur. Mənası isə birinci hissə icra olunub başa çatdıqdan sonra ikinci hissə icra edir.
┌──(root㉿kali)-[~]
└─# apt update && apt upgrade -y
Get:1 http://mirror.pyratelan.org/kali kali-rolling InRelease [41.5 kB]
Get:2 http://mirror.pyratelan.org/kali kali-rolling/main amd64 Packages [20.3 MB]
Bütünlüklə bir versiyadan digər bir versiyaya güncəlləmə aparmaq üçün istifadə olunur:
apt update && apt full-upgrade -y
Kali linuxda quraşdırılmış bütün paketlərə baxmaq üçün “dpkg -l” kommandasından istifadə edirik.
dpkg -l
Bəs Kali ƏS yeni bir paketi necə yükləməli? Bunun əsasən 2 üsulu vardır.
1-ci üsul “apt install” kommandasından istifadə etmək, 2-ci üsul isə “dpkg” kommandasından istifadə edərək.
apt install (paketin adı) -y
dpkg -i (fayladı.deb)
Kali ƏS quraşdırılmış proqramı və ya paketi silmək üçün istifadə olunur:
apt remove (paketin adı)
PAKETİN ADINI NECƏ TAPAQ? Təsəvvür edin siz Kaliyə yüklənməmiş bir proqramı yükləmək istəyirsiniz.Siz paketin adını repoların daxilində axtara bilərsiniz bunun üçün aşağıdakı kommandadan istifadə olunur:
apt-cache search keyword (axtarış sözü)
Nəhayət proqramın paket siyahısına daxil olub olmadığını aşağıdakı kommanda ilə yoxlaya bilərsiniz:
apt-cache show (proqramın adı)
┌──(root㉿kali)-[~]
└─# apt-cache show filezilla
Package: filezilla
Version: 3.68.1-1
Installed-Size: 8043
Maintainer: Andreas Rönnquist <[email protected]>
Architecture: amd64
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official