Salam hər vaxtınız xeyir dəyərli oxucular bugün Pentesterin gündəliyi seriyasında Kali Linux əməliyyat sistemində istifadə olunan servisləri idarə etməyi öyrənəcəyik.
Servislərin idarə olunması
Servislər- bu sizin əməliyyat sisteminizdə işləyə biləcək serverlərdir.Məsələn: FTP,SSH,web və s.
Penetration testlərində istifadə olunan populyar üsullardan biridə Kali Linux cihazından web server qaldıraraq qurbana, hədəf sistemə lazım olan faylı ötürməyimizə kömək edir.Məs üçün sizin sistemində web server qaldırmaq üçün əsasən 2 üsuldan istifadə edə bilərsiniz (mən əsasən 2üsuldan istifadə edirəm əlbəttə üsullar çoxdur.)
1-ci üsul apache2 ( bu üsul digər servislər üçün keçərlidir)
service apache2 start
Aşağıdakı isə servisləri idarə etmək üçün lazım olan kommandalardır:
Servis haqqında məlumat əldə etmək üçün:
service (adı) status
systemctl status (adı)
Servisi işə salmaq(qaldırmaq):
service (adı) start
systemctl start (adı)
Servisi söndürmək üçün:
service (adı) stop
systemctl stop (adı)
Servisi yenidən başlatmaq üçün:
service (adı) restart
systemctl restart (adı)
İşə salınmada avtomatik işə düşmə və onun ləğv edilməsi:
systemctl enable (adı)
systemtl disable (adı)
2-ci üsul (web server qaldırmaq üçün)
Web server qaldırmağın 2-ci üsulu isə python proqramlaşdırma dilinin köməyi ilə yerinə yetirəcəyik.Biz python modulu olan “http.server” modulundan istifadə edəcəyik.
┌──(root㉿kali)-[~]
└─# python3 -m http.server 9997
Serving HTTP on 0.0.0.0 port 9997 (http://0.0.0.0:9997/) ...
127.0.0.1 - - [09/Feb/2025 02:54:58] "GET / HTTP/1.1" 200 -
Burada:
- -m parametri istifadə etdiyimiz modulu bildirir.
- -p parametri isə istifadə edəcəyimiz portu bildirir.Siz istədiyiniz boşda olan portu istifadə edə bilərsiniz.
Ümidvaram faydalı olmuşdur.Oxuduğunuz üçün təşəkkürlər!!
Bizi izləyin:
Telegram: https://t.me/xakeraz_official